ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Əbülfəz Bünyadovun vəziyyəti kəskin pisləşib

Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyadovun vəziyyəti kəskin pisləşib.
Əbülfəz yatağa məhkum olunub, sərbəst hərəkət edə bilmir. O, müalicə müəssisəsində saxlanılır və ona digər məhbuslar baxır. Əvvəlki xəstəlikləri- onurğa zədəsi, hepatit C ilə yanaşı, son vaxtlar bağırsaq infeksiyasından əziyyət çəkir və yemək yeyə bilmir. Biz başqa yerdə də analiz nümunələrini yoxlatdıq. Həkimlər bağırsaqda güclü infeksiya və göbələk aşkar etdilər, bağırsaq funksiyasını itirib. O, çox ağır vəziyyətdədir”, – məhbusun həyat yoldaşı Leyla Bünyadova bildirib.
Onun sözlərinə görə, Ə.Bünyadovu 5 nəfərlik dar palatada saxlayırlar.
“İnsanı belə vəziyyətdə həbsdə saxlamaq onu öldürməyə bərabərdir. Əbülfəz Bünyadov dərhal azad edilməli və ciddi həkim nəzarətinə götürülməlidir. Əks halda onun başına gələnlərə görə məsuliyyət onu qanunsuz həbs edib türmədə saxlayanların üzərinə düşəcək”, – Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov deyib.
2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadov güllə yarası alıb və bu, onun onurğasını zədələyib.
Yataq xəstəsi olmasına baxmayaraq, bir neçə ay həbsdə saxlanılıb. Sonradan məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
Lakin məhkəmə istintaqının yekunlarına əsasən o, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button