ArxivXəbər lentiXəbərlər

AXCP fəalı saxlanılıb

Mayın 9-da günorta saatlarından AXCP fəalı Mirfeyzulla Seyidovu ailəsi və partiya fəalları axtarır

“Mayın 9-da günorta saatlarından AXCP fəalı Mirfeyzulla Seyidovu ailəsi və partiya fəalları axtarır. Onun barəsində yalnız mayın 10-da səhər saatlarına xəbər ala bilmişik. Mirfeyzulla Seyidov Bakının Nərimanov Rayon Polis İdarəsinin saxlanma yerindədir. Oradan ailəsinə zəng edərək dərmanlarını gətirmələrini xahiş ediblər”, – Bu barədə Turan-a AXCP-dən bildiriblər.

“Mirfeyzulla Seyidov dializ xəstəsidir və bundan əvvəl də bir necə dəfə hədələndiyini, hətta bir dəfə “Bandotdel”ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) aparılb bir gecə orda saxlanılıb. Hətta ona demişdilər ki, bir daha buralara yolun düşsə, belə asanlıqla canını qurtara bilməyəcəksən”, -AXCP-nin məlumatında deyilir.

Rəsmi qurumlar fəalın saxlanılmasının səbəbi barədə hələ məlumat yaymayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button