ArxivXəbər lentiXəbərlər

İsrailin “Dəmir Günbəz”i deşildi… Suriya “Dəmir Günbəzi” aşsüzənə döndərdi

İsrail rejiminin çərşənbə günü gecə Suriya ərazisinə olan raket hücumları və bu ölkənin Hava Hücumundan Müdafiə Qoşunlarının qətiyyətli cavabının ardınca İsrailin tərifləməyə doymadığı “Dəmir Günbəz” adlı hava hücumundan müdafiə sistemi müqavimət raketləri qarşısında davam gətirməyərək, çöküb.

Müqavimət mediaları bu gün səhər müqavimət cəbhəsinin sionistlərin hərbi bazalarına ağır raket zərbələri endirməsindən və “Dəmir Günbəz” sisteminin bu raket hücumları qarşısındakı yararsızlığının ortaya çıxmasından xəbər veriblər. Halbu ki, Suriya ordusunun  Hava Hücumundan Müdafiə Sistemi İsrail rejiminin onlarla raketini uğurla məhv etmişdi.

İsrail ordusunun sözçüsü Suriya ordusunun atdığı raketlərin sayını 20 elan etsə də, müstəqil mənbələr 68 raketin atıldığını bildiriblər.

Əlməyadin informasiya kanalı bu raket hücumunda İsrail ordusunun Texniki və Elektron Dinləmə Hərbi Komandanlıq Mərkəzi, Vizual İnformasiyaların Toplanılması Qərargahı, Dəqiq Silahların Müşahidə Qərargahı, hərbi helikopterlərin uçuş mərkəzi, İsrail ordusunun 810 saylı dviziyasının hərbi qərargahı, Hermun hərbi bölməsinin komandanlıq mərkəzi, “Benstim” qış savaş bölməsinin Əlşətva qərargahının hədəfə alındığını bildirib.

Əlməyadin informasiya kanalı həmçinin, İsrail rejiminin Suriya ordusunun raket hücumunda hansı mərkəzlərin hədəfə alınması barədə məlumatların gizli saxlanılması barədə göstəriş verməsindən xəbər verib.

Əl-Aləm kanalı da Suriya ordusunun Cövlan yüksəkliklərində İsrail rejiminin mühüm hərbi obyektlərini raket hücumuna məruz qoymasından xəbər verib.

Bu məlumata görə, Suriya ordusunun bu hücumu İsrail rejimini çaş-baş qoyub.

Məlumata görə, hazırda Cövlan yüksəkliklərində ciddi hərbi hərəkətlilik var. İsrail tankları intensiv olaraq müxtəlif istiqamətlərdə hərəkət edir, casusluq təyyarələri isə uçuşlar həyata keçirirlər.

Bu gün səhər İsrail ordusu Suriyanın paytaxtı Dəməşq şəhərinə bir neçə raket zərbəsi endirmişdi. Nəticədə şəhərin müxtəlif məntəqələrində güclü partlayış səsləri eşidilib. Suriya ordusunun hava hücumundan müdafiə sistemi dərhal işə düşərək, atılan raketlərin bir çoxunu zərərsizləşdirib.

Suriya ordusunun işğal altında olan Cövlan yüksəkliklərinə raket hücumundan öncə İsrail rejimi Suriyanın cənubunda, Qüneytərə məntəqəsində yerləşən Əlbəs şəhərinə artilleriya zərbələri endirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button