ArxivŞəkil​SONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zamin Salayevin müdafiəsi üçün aksiya/FOTO

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Ədliyyə Nazirliyinin binası qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin həbsdən azad edilməsi tələbilə etiraz aksiyası keçirilib.

Etirazçılar “Zamin Salayevə azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndiriblər: Polis aksiya iştirakçılarının Ədliyyə Nazirliyinin binasına yaxınlaşmasına icazə verməyib və onları saxlamağa başlayıb. AXCP-dən verilən məlumata görə, Ümumilikdə 50-dən çox adam saxlanılıb və Yasamal rayon polis şöbəsinə aparılıb, Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Turan-a bildirib ki, saxlanılanlar barəsində məlumat yoxdur, aksiya iştirakçıları “ərazidən uzaqlaşdırılıb”.

Xatırladaq ki, Zamin Salayev fevralın 7-də uydurma xuliqanlıq ittihamı ilə saxlanılıb. O, ittihamları rədd edib və istintaq təcridxanasında aclığa başlayıb. 52 gündür aclıq edir.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button