ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Məhkəmə 52 gündür aclıq edən AXCP fəalını ev dustaqlığına buraxmaqdan imtina etdi

Vəkili onun söhhətində problem yarandığını, güclə yeridiyini deyir.

Martın 30-da Qaradağ Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan təşkilatının həbsdə olan sədri Əlizamin Salayevin ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

Həbsdə 52 gündür aclıq etdiyi bildirilən AXCP fəalının özü də məhkəməyə gətirilib.

Əlizamin Salayev məhkəmədə çıxışında təqsirsiz olduğunu, ona böhtan atıldığını bildirib. O vurğulayıb ki, hadisə vaxtı nə üstündə bıçaq olub, nə də kimisə bıçaqlayıb.

“Mən siyasi fəaliyyətimə görə şərlənmişəm”, – Əlizamin Salayev bildirib.

Onun vəkili Nemət Kərimli müvəkkili barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyib. Müdafiəçinin sözlərinə görə, Əlizamin Salayev haqqında həbs qətimkan tədbiri seçilməsi üçün heç bir əsas yoxdur. O, həbsdə saxlanmadan da istintaq davam etdirilə bilər.

Lakin hakim Urfan Mürsəlov vəsatəti təmin etməyib, Əlizamin Salayevin ev dustaqlığına buraxılmasından imtina olunub.

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

İki aya yaxın davam edən aclığın müvəkkilinin səhhətində ciddi problemlər yaratdığını deyən vəkilinin sözlərinə görə, Əlizamin Salayev artıq yeriməkdə çətinlik çəkir. Buna baxmayaraq, o, hələ də saxlandığı Bakı İstintaq Təcridxanasında daimi həkim nəzarətində deyil – kamera şəraitində saxlanılır, təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib:

“Kifayət qədər arıqlayıb. Zorla hərəkət edir”.

Buna baxmayaraq, Əlizamin Salayev aclığı davam etdirməkdə israrlı olduğunu deyib.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button