ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zəvvarlar qidalanmaya diqqət etməlidir

Ərbəin ziyarəti zamanı zəvvarlar qida məsələlərinə xüsusi diqqət yetirməlidirlər. Məsələ ilə bağlı Shiawaves bilgi paylaşıb:

Zəvvarlar hər hansı problemlə üzləşməmək üçün həddindən artıq qida qəbulundan çəkinməlidirlər. Bu, gigiyenik tələblərə cavab verməyən qidalara da aiddir.

Yürüşlər zamanı yeməklərdən necə istifadə olunacağına dair bəzi məsləhətlər:

1. Yeməklərin müxtəlifliyi bütün yeməklərdən yeməyə məcbur etmir;

2. İsrafçılıqdan çəkinmək. Yemək bəyənilmədiyi təqdirdə, qəbul edilməsin;

3. Yeməkdən əvvəl əllər təmizlənməli və ya birdəfəlik əlcəklərdən istifadə olunmalıdır;

4. Böyük miqdarda ağır qida istehlak etməkdən çəkinmək;

5. Yeməzdən əvvəl meyvələri yumaq. Bundan əlavə, meyvələri yeməklə birgə istifadə etməmək;

6. Qablaşdırılmış içməli sudan istifadə etmək. Həmçinin gündə ən azı 6 stəkan su içmək;

7. Havanın istiliyini və xarab olma ehtimalını nəzərə alaraq, yeməyi saxlamamaq və yeni hazırlanmış qida qəbul etmək;

8. Bədənin fəaliyyətini yaxşılaşdırmaq və istilik vurmasının qarşısını almaq üçün limondan gündəlik istifadə etmək lazımdır. C vitamini həblərinin də istifadəsi məsləhət görülür.

Qeyd edək ki, bu ilin ilk Ərbəin ziyarəti avqustun 17-də başlayıb. İraqın Bəsrə şəhərinin sakinləri piyada İmam Hüseynin (ə.s) hərəminə doğru hərəkət edirlər. Bu il İmamın (ə.s) şəhadətinin 40-cı günü sentyabrın 17-si qeyd ediləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button