ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə hakimiyyəti topa tutdu

“Azərbaycan Respublikası istibdad dövlətidir”

 Zərdüşt Əlizadə deyib: “Qərb diplomatları bilir ki, Azərbaycanda dövlət yoxdur, çünki dövlətin qanunları deyil, tək İlham Əliyevin iradəsi işləyir. Bilirlər ki, Azərbaycanın sərvətini tək İlham Əliyev bölür, necə və kimə nə qədər bölür, Qərb hamıdan yaxşı bilir. Gözəl bilir ki, dövlətin müəyyən qurumları zər və zor gücünə vətəndaş cəmiyyətinin partiya, həmkarlar və QHT deyilən qurumlarını məhv ediblər ki, əhali pərən-pərən qalsın. Görürlər ki, məhz İlham Əliyevin göstərişi ilə polis vətəndaşları döyür, onlara ölənə qədər işgəncə verir. Əmindirlər ki, məhkəmələrin vicdansız məxluqatı İlham Əliyevin göstərişi ilə seçib-toplayıb məhz hakim zümrənin ağalığını qorumaq məqsədilə vətəndaşları əzib suyunu çıxarırlar. Heç şübhə etmirlər ki, indi dövlətdə dələduzların xeyrinə işləyən qayda-qanunu məhz İlham Əliyev cənabları yaradıb və qoruyur”.
Politoloq qeyd edib ki, əgər Azərbaycanda şüurlu və şərəfli vətəndaşlar əksəriyyətdə olsaydı, İlham Əliyev nəinki Azərbaycanı belə idarə edə bilməzdi, hətta İlham Əliyev adlı Azərbaycan prezidenti belə olmazdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button