ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “ABŞ çalışır ki, Türkiyəni dağıtsın”

Son günlər həftələr daha da gərginləşən ABŞ-Türkiyə münasibətlərində ötən gün amerikalı keşiş Endryu Bransonun azad edilməsi ilə müəyyən sakitlik yarandı.

“The Washington Post” qəzetinin yazdığı məlumata görə, keşişin azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə rəsmi Ankara və Vaşinqton arasında razılıq əldə edilib.

Keşişin azad olunmasından sonra türk lirasının dollara nisbətdə az da olsa öz dəyərini geri qaytardı. Bəs bundan sonra Türkiyə ABŞ münasibətləri hansı məcrada davam edəcək? Müsbət dəyişikliklər gözlənilirmi?  Türkiyənin amerikalı keşişi sərbəst buraxması Türkiyə iqtisadiyyatına nə kimi təsir göstərəcək?

Politoloq Zərdüşt Əlizadə sözügedən məsələlər barədə Eastnews.org-a danışıb.

“Tamamilə təbii münasibətlərdir. Yəni hansısa qüsursuz, müşkülsüz münasibətlər dünyada çox çətin tapılsın. Xüsusilə dövlətlər arasında. Türkiyə ilə Amerika NATO çərçivəsində müttəfiqdirlər, Qərb dəyərlərini bəyənirlər, müdafiə edirlər. Lakin bununla yanaşı, onların arasında müxtəlif maraq ziddiyyətləri də var.

Fərz edək, Amerika istəyir ki, Yaxın Şərqi itaətdə saxlamaq üçün İsraillə yanaşı, başqa bir dövlətçik yaratsın – Gürcüstan. Türkiyə bunun əleyhinədir, çünki ərazi bütövlüyünə, dövlət maraqlarına ziddir. Və Türkiyə buna müqavimət göstərir. Təbii ki, ehtiram məsələsini saxlayaraq, müttəfiqlik çərçivəsini pozmayaraq, buna qəti şəkildə müqavimət göstərir.

Amerika çalışır ki, dünyada çoxmillətli böyük dövlətlər olmasın, çoxlu etnik dövlətciklər olsun. Onlar hamısı Amerikadan asılı olsun. Amma Türkiyə böyük polietnik bir dövlətdir və o öz polietnik ərazi bütövlüyünü, böyük dövlət statusunu saxlamağa çalışır. Bu ziddiyyətlər yaradır. Buna baxmayaraq, malı mala qatmırlar. NATO çərçivəsində müttəfiqlik , Qərb dünyasına mənsubluq, iqtisadi münasibətlərin inkişafı öz yerində, eyni zamanda Amerika çalışır ki, Türkiyəni zəiflətsin dağıtsın. Türkiyə çalışır özünü  qorusun və güclənsin. Bütün dünyada belədir. Bütün dövlətlər arasındakı münasibətlərdə həm mənafe oxşarlığı, eyniliyi həm də ziddiyıtlər mövcud olur.

O qədər də ciddi şey deyil. Bu kiçicik bir vaqiə idi ki, Türkiyə-Amerika münasibətlərində var idi. Türkiyə Amerikaya göstərmək istəyirdi ki, sənin təxribatçı fəaliyyətindən mənim xəbərim var və bu təxribatçı fəaliyyətlə məğul olan casusunu tutmuşam. Amma bir az saxlayıb sonra da buraxır. Belə şeylər çox olur. Gərginliklə yanaşı, maraqlar eyniliyi də var. Eynilik fərqlilikdən daha böyükdür. Ona görə onlar düşmənə çevrilməyiblər. İndi Rusiya ilə Amerika münasibətləri düşmənlik həddinə çatıb. Amma bu o dedmək deyil ki, Türkiyə ilə Amerika da eyni həddədir. Yox. Fərqlər var, amma eynilik də var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button