AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Zəngəzur dəhlizi NATO-nun bölgədə nüfuz dəhlizi olacaqmı? – Təhlil

Qafqaz Həqiqətləri – Zəngəzur dəhlizinin yaradılması çox uzaq olmayan bir gələcəkdə bölgənin bir sıra ölkələri üçün siyasi, iqtisadi, təhlükəsizlik və hərbi bucaqlardan ciddi nəticələrə səbəb olacaq.

Azərbaycan Respublikasının iki hissəsini Ermənistan ərazisindən keçməklə və İran İslam Respublikasının sərhədi yaxınlığında bir-birinə birləşdirən Zəngəzur dəhlizinin inşası bir sıra gələcək nəticələrə diqqət yetirməklə, Rusiya, İran, hətta Ermənistan da daxil olmaqla regionun bəzi ölkələri üçün çox ciddi bir problemə çevrilə bilər.

İkinci Qarabağ müharibəsi bitdikdən və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmadan sonra media dairələrində Ermənistan ərazisidən keçən dəhliz və ya dəhlizlərin tikintisi haqda söz-söhbətlər başladı. Tərəflərdən bəzilərinin bu mözvunu təkzib etməsinə və Ermənistandan keçəcək belə bir dəhliz və ya dəhlizlərin yaradılmasının ortada olmadığını bildirsə də, müharibədən bir neçə ay keçməsi və dəhliz yaradılmasına aid əlamətlərin büruz etməsi ilə belə nəzərə gəlir ki, bu dəhlizin inşası Azərbaycan, Türkiyə və sionist rejimi kimi tərəflərin əsas diqqət yetirdiyi mövzu olmuşdur.

Bu ölkələrin və tərəflərin hər biri öz maraqlarına uyğun olaraq belə bir dəhlizin yaradılmasını dəstəkləyirlər. Sionist rejimi casusluq etmək üçün bu dəhliz vasitəsilə lazım olan avadanlıqları bölgə ölkələrinə asanlıqla gətirə biləcək. Belə ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev də son günlərdə Qarabağ müharibəsində sionist rejimindən alınmış PUA və döyüş avadanlığından istifadə edildiyini bildirdi.

Başqa sözlə, Ermənistanın belə bir dəhliz yaradılması ilə razılaşması, bir növ özü-özünü vurmaq sayılacaq. Baxmayaraq ki, Azərbaycan və Türkiyə Ermənistanıın bir sıra iqtisadi layihələrdə iştirakına şərait yaratmaqla, hətta bu ölkənin enerji ehtiyaclarını ucuz qiymətlə təmin edəcəkləri kimi amillərlə də İrəvanın razılığını cəlb etmələri mümkündür.

Ola bilər ki, belə bir dəhlizin yaradılmasından sonra onun təhlükəsizliyinin təmini Rusiya qüvvələrinə, yaxud müştərək qüvvələrə tapşırılsın, beləliklə, Moskvanın bu dəhliz üzündən düşündüyü narahatlıq aradan qaldırılsın.

Bunu da qeyd edək ki, Rusiya qüvvələri sona qədər bu dəhlizdə qala bilməz və müəyyən bir müddətdən, məsələn 5 il, bəlkə də bir az çox müddətdən sonra koridordan çıxacaq.

Qafqaz və Orta Asiya ölkələrinə sürətli, ucuz, az xərclə, ən az təhlükə, ən asan çıxış və bunun üçün dəhliz yaradılması demək olar ki, Türkiyənin bütün başçılarının uzunmüddətli arzularından olmuşdur və hər biri öz növbəsində bu uzunmüddətli layihənin icrasında rol oynamağa, bir növ onun bəzi hissələrini təkmilləşdirməyə səy göstərmişdir.

Hal-hazırda belə nəzərə gəlir ki, Türkiyə öz rəhbərlərinin bu arzusunun gerçəkləşməsinə daha çox yaxınlaşıb.

Zəngəzur dəhlizinin Rusiya və Çin üçün təhlükəsi

Zəngəzur dəhlizinin yaradılması Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə təhlükə olmaqdan əlavə, Rusiya üçün də çox ciddi nəticələri olacaq. Çünki bu dəhlizin zaman keçdikcə Qafqaz və Orta Asiyada NATO-nun nüfuz dairəsinə çevrilməyəcəyinə və bu yolla Rusiyanı mühasirə etməyi tamamlamayacağına zəmanət yoxdur.

Dəhlizin yaradılması bir sıra iqtisadi faydalara baxmayaraq, Çin üçün də təhlükəli ola bilər. Çünki NATO-ya üzvü olan önəmli bir ölkə bu koridor vasitəsilə Orta Asiya ölkələrinə daha sürətli və daha asan çıxış əldə edir.

Zəngəzur dəhlizinin yaradılması və tamamlanması Qafqaz və Orta Asiya ölkələrində Türkiyənin təsir gücünü artıracaq. Bu mövzu öz növbəsində Türkiyənin regional məsələlərdə, o cümlədən Krım yarımadası və Ukrayna proseslərində Rusiya ilə müzakirə gücünü artıracaq. Türkiyənin bu siyasəti NATO-nun siyasəti ilə tamamilə eynilik daşıyır.

Başqa sözlə, Zəngəzur dəhlizinin yaradılması Türkiyə və Azərbaycanın xeyrinə olduğu qədər Rusiya, İran, hətta Çin kimi ölkələrin ziyanına ola bilər.

Ona görə də, Zəngəzur dəhlizinin yaradılması çox uzaq olmayan bir gələcəkdə bölgənin bir sıra ölkələri üçün siyasi, iqtisadi, təhlükəsizlik və hərbi bucaqlardan ciddi nəticələrə səbəb olacaq. Həmin səbəbdən hazırkı durumda sözügedən ölkələr iclas və toplantılar keçirməklə, onun aspektlərini və bu zəminədə ortaq siyasətlərin seçilməsinə təsirlərini araşdırsınlar ki, bu mövzunun mənfi nəticəsi mümkün qədər azalsın. Əks təqdirdə, Zəngəzur dəhlizi NATO və İsrail rejiminin Qafqaz və Orta Asiyada nüfuz dəhlizinə çevriləcək və bu halda bölgə ölkələri daha ağır baha ödəməli olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button