AktualAktualArxivXəbər lentiXəbərlər

YUNESKO-nun baş direktorluğuna seçki iclasında Azərbaycan nümayəndəsinin nöqsanları

UNESCO-nun baş direktorluq vəzifəsinə seçkilərin yaxınlaşması ilə bu vəzifəyə namizədlərin təqdimatı və namizədlərlə müsahibə iclası keçirilib.
Qafqaz Mədəniyyət Mərkəzi – Parisdə baş tutan iclasda Azərbaycan Respublikasından baş direktorluğa olan namizəd Polad Bülbüloğlu çox çətin vəziyyətə düşüb. Belə ki, jurnalistlərin, hətta UNOSCO üzvlərinin eirazı ilə qarşılaşıb.
UNESCO-nun baş direktoru vəzifənə gəlməyin şərtlərindən biri də şəxsin fransız, yaxud ingilis dilli olmasıdır. Azərbaycan Respublikasının nümayəndəsi bu xüsusiyyətə malik olmamaqdan əlavə, mediada gedən xəbərlərə görə, P. Bülbüloğlu iclasın başlanğıcında ingilis dilində yazılmış mətnin üzündən oxumağa başlayıb və baş direktor olacağı surətdə öz proqramlarından danışıb. Ancaq namizəd danışıq və qrammatikada yol verdiyi böyük nöqsanlara görə iclasın sədri tərəfindən xəbərdarlıq alıb. Bundan sonra o, yazılmış mətni qırağa qoyaraq çıxışını rusca davam etdirib. Bu hərəkət jurnalistlərin və digər namizədlərin etirazına səbəb olub.
Azərbaycan Respublikasının nümayəndəsi suallara da qaneedici cavab verə bilməyib. O, yalnız baş direktor olacağı surətdə UNOSCO-ya milyonlarla dollar vəsait gətirəcəyini söz verməklə kifayətlənib.
İclasdan sonra Çin və Fransa nümayəndələrinin şansı digər namizədlərdən daha çox artmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button