AktualAktualArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Yeni Şəfəq qəzetinin yazarı: Ərəb ölkələrinin qərbdən asılılığı onları zəiflədəcək

Türkiyənin tanınmış jurnalisti və Yeni Şəfəq qəzetinin yazarı, Ədalət və İnkişaf Partiyasına yaxın mövqei ilə tanınan İbrahim Karagül “Türkiyə əleyhinə ərəb cəbhəsi açan kimlərdir?” başlıqlı məqaləsində yazıb: “Qeyri-ərəb müsəlman ölkələrinin qərbdən asılılığı günbəgün azaldığı bir vaxtda BƏƏ, Ərəbistan, Misir və onların təsiri altında olan ölkələrin qərbdən asılılığı artır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Karagülün təhlilinə əsasən, qeyri-ərəb müsəlman ölkələrin İslam dünyası və müsəlman ölkələrinin hüquqlarını möhkəm müdafiə etdiyi bir vaxtda ərəb ölkələri bu ideya və irsdən sürətlə uzaqlaşırlar, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) başçılığı ilə aşkar şəkildə yeni cəbhələşmə yaradır və İslamın siyasi irsini məhvə doğru aparırlar.

Karagülün yazdığına görə, ərəb olmayan müsəlman ölkələr Yaxın Şərq və Asiyada qərbin xeyrinə olan hər hansı mövqe və koalisiyadan uzaq dayanırlar. Məsələn Türkiyə, Pakistan, İndoneziya qabaqlar SSRİ və Çin kommunizmu qarşısında koalisiya yaratmışdılar, indi isə bu mövqedən uzaqlaşıblar.

Yazıçı əlavə edir: “Bunun qarşısında bir sıra ərəb ölkələri, xüsusilə də Ərəbistan, Misir, BƏƏ və onların yaratdığı koalisiyaya üzv ölkələr özlərini regionda və Asiyada Amerika, Avropa və “İsrail” üçün təhdid sayılan ölkələr əleyhinə qarnizona çeviriblər, həm bizim regionada (Qərbi Asiya), həm də Cənubi Asiyada qərb gücləri ilə ortaqlıq edir və koalisiya münasibətləri qururblar, qərb güclərini regiona gətirirlər və bu qərb gücləri də region ölkələrini təhdid edirlər.”

Tanınmış şərhçi yazıb ki, qeyri-ərəb müsəlman ölkələr xarici hücumlarla mübarizə etdiyi vaxtda ərəb müsəlman ölkələr ya öz daxilində, ya da region ölkələri ilə müharibədədirlər və bu istiqamətdə qərb ölkələrini də köməyə çağırıblar.

Daha sadə desək, qeyri-ərəb müsəlman ölkələr gücü daxildən xaricə yönəldirlər və bu istiqamətdə mübarizə aparırlar, öz güclərini fəallaşdırırlar; ərəb müsəlman ölkələr isə xaricdən daxilə hücum edirlər, öz daxili resursları, təbii potensialları və gücləri vasitəsilə xarici qüvvələri təmin edirlər.

Karagül ortaya bir sual qoyur: “Nə üçün müharibələr ərəb ölkələrində baş verir?” Sonra bu suala cavab olaraq yazır: “Bizim regionumuzda ötən 30 ildə bütün müharibələr ərəb ölkələrində baş vermişdir və ərəblər bu müharibələrin hamısında məğlubiyyətlə üzləşmişdir. Bu, ərəblərin zəifliyinə görə deyil, onların birtərəfli olaraq qərbdən asılı münasibətlərinə görədir. Belə münasibətlər daim ərəb millətlərinin zərərinə tamamlanmışdır.”

İbrahim Karagül asılılıq münasibətlərinin yenilənməsinə toxunaraq, onun daha dağıdıcı olacağını bildirərək yazır: “Bu münasibətlərə rəhbərliyi BƏƏ vəliəhdi Məhəmməd bin Zayed, Ərəbistan vəliəhdi Məhəmməd bin Salman və Misirin qiyamçı prezidenti Əl-Sisi öhdəsinə almışdır.”

Yazar ərəb rejimlərindən ilk öncə İran əleyhinə istifadə olunduğuna toxunaraq yazır: “Bu rejimlərdən İran əleyhinə istifadə etmək, onların xeyrinə deyil, üstəlik, “İsrail”in prioritetlərinə və Amerikanın məqsədlərinə xidmət edir. Bu istiqamətdə də 30 ildir ki, döyüşürlər və həmişə də məğlub olublar.”

Karagülün yazdığına əsasən, ərəb dünyasını idarə edən güclər onları İrandan sonra Türkiyə əleyhinə hərəkətləndirmişdir. BƏƏ, Ərəbistan, Fars körfəzinin bir sıra ərəb ölkələri və Əl-Sisinin hakimiyyəti altında olan Misir Türkiyə əleyhinə bu koalisiyanı təşkil edir. Sözügedən koalisiya regionun bütün coğrafiyasında Türkiyə əleyhinə qeyri-müdrik addımlar atır. Afrikadan tutmuş Cənubi Asiyaya kimi bütün ərazilərdə Türkiyəni zəiflətmək məqsədilə iqtisadi və sui-qəsd kimi müxtəlif hərəkətlərə əl atır, Liviya, Aralıq dənizinin şərqi, Qafqaz, Fars körfəzi, Qırmızı dəniz hövzəsi və Şərqi Afrikada Türkiyə əleyhinə elan edilməmiş müharibə gedir.

 

Pakistan və İndoneziya qərb-ərəb koalisiyasının sonrakı hədəfidir

Karagül təhlilinin davamında yazır ki, ərəb-qərb cəbhəsi yaxın günlərdə Pakistanı da hədəfə alacaq və bu məsələ çox diqqəti çəkən olacaq. Ərəbistan və BƏƏ Hindistana yaxınlaşmaqla Pakistanı hədəfə almağa başlayıblar. Bu məqsədlə ortaq investisiya qoyuluşu ləğv olunur, göstərilmiş dəstək geri alınır, Hindistanın Kəşmirlə bağlı iddialarına dəstək vermək məqsədilə vədələr verilir.

Türkiyəli məşhur yazıcı: “Pakistandan sonra növbəti hədəf İndoneziyadırmı?” sualını ortaya qoyaraq onu belə cavablandırır: “Çox güman ki, belə olacaq. 2004-cü ildə Amerikada dərc edilmiş hesabatda deyilir: Şiə-sünnü müharibəsindən sonra növbə sünnü aləminin daxilinə çatacaq.”

Karagül daha sonra yazır: “BƏƏ, Səudiyyə və Misir rejimlərindən şiə-sünnü müharibəsi yaratmaq üçün istifadə olunur. Bunun üçün Türkiyə ilk hədəf olaraq onalara göstərilib. O da oxşar yanaşma ilə xaçpərəstlərdən kömək istəməklə. Çünki bu rejimlər bütün müharibələrində məğlub olublar və məntəqəni məhv ediblər. Bu müharibədə də uduzacaqlar.”

Türkiyəli jurnalist sonda vurğulayır: “Ərəb millətləri bilməlidir ki, bu hərəkətlər özünə qəsd deməkdir və onların hazırkı rəhbərləri, qərb rejimləri, xüsusilə də Amerika ərəb xalqlarını parçalamaq, onları bir şəhərdən ibarət kiçik dövlətlərə çevirmək astanasındadır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button