ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Yeni Müsavat qəzeti sionist səfiri tənqid atəşinə tutdu

Yeni Müsavat qəzeti sionist rejim səfirinin Təbriz paylaşımını tənqid atəşinə tutub, onun yersiz olduğunu bildirib.

Qafqaz.ir-nin məlumatına əsasən, Yeni Müsavat yazır: “İsrailin ölkəmizdəki səfiri Corc Dik dünən öz Tvitter səhifəsində çoxmənalı bir paylaşım edib. Diplomatın əlində tutduğu kitabın adına yəni “Təbrizin sehirli nağılları” kitabına nəzər salan kimi jestin hara, nəyə ünvanlandığı bəlli olur – İran, daha dəqiqi, İran-Azərbaycan əlaqələri. Bu mənada diplomatın bu tvitinin Azərbaycan dövlətinə hansısa divident gətirdiyini söyləmək çətindir. Çünki açıq-aşkar Bakı-Tehran münasibətlərində kolliziya yaradacağı şübhə doğurmur.”

Qəzet qeyd edir ki, israilli diplomatın bu cür paylaşımları, sözsüz ki, bölgədə ümumi sülhə xidmət eləmir, “ocağa yağ tökür”, qaşınmayan nahiyədə “yara düzəltmək” cəhdinə bənzəyir.

Redaksiya məqaləsində vurğulanır ki, belə tvitlərlələ Azərbaycan-İran münasibətlərə xələl gətirmək istəyi diplomatiyanın etik qaydalarına və fəlsəfəsinə ziddir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button