AktualAktualArxivXəbər lentiXəbərlər

Xocalı soyqırımı İranda da anılır

Ərdəbil Universiteti ilə İşğala və Terrora qarşı Beynəlxalq Forumun birgə təşkilatçılığı ilə Ərdəbil şəhərində Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu gün Azərbaycandan nümayəndə heyəti həmin konfransda iştirak etmək üçün İrana yola düşüb. Konfransda İranla yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən nümayəndələrin iştirakı nəzərdə tutulur.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, İşğala və Terrora qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı Musavat.com-a açıqlamasında bildirib: “İranda Xocalı soyqırımı, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlərin keçirilməsi, obyektiv informasiyanın çatdırılması vacibdir. Biz İran ictimaiyyətinin, konfransda iştirak edəcək digər ölkələrin nümayəndələrinin bu istiqamətdə məlumatlandırılmasına çalışacağıq. Eyni zamanda orada İşğala və Terrora qarşı Beynəlxalq Forumun 4-cü toplantısının da keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Beynəlxalq Forumun ilk, təsis toplantısı 2015-ci ilin dekabrında Bakıda, 2-ci toplantı Türkiyənin İzmir şəhərində, 3-cü toplantı isə Gəncədə keçirilib.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button