AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: Suriya və Yəməndə qətliamlaragörə Ali-Səud və Türkiyə məsuliyyət daşıyır

Ayətullah Amili: Suriya və Yəməndə qətliamlaragörə Ali-Səud və Türkiyə məsuliyyət daşıyır
Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində günahsız insanların qanının tökülməsinə görə dünya imperializmini və onunla əməkdaşlıq edən dövlətləri sərt tənqid edib.
Qafqaz Mədəniyyət Mərkəzi – Həzrət Ayətullah Amili deyib: Onlar öz qanunsuz maraqlarını təmin etmək, Rusiya, İran, Hizbullahı zəiflətmək, Suriya və İraqın infrastrukturlarını dağıtmaq, Yəməndə İranın dostlarının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün heç bir cinayətdən çəkinmirlər.
Xətib nitqinin davamında deyib: “İmperializm öz pis niyyətnə çatmaq üçün Ali-Səud və vəhabilərdən alət kimi istifadə edir. Çünki vəhabilər özlərindən başqa hamını müşrik və qanını hədər hesab edirlər. Nə qədər çox adam öldürsələr, o qədər də savab qazanacaqlarını düşünürlər. Bu qətliamlardan da vicdan əzabı çəkmirlər”.
İmam cümə əlavə edib: “Vəhabilik İslam iddiası ilə hədəfi vasitədən üstün bilən tək qrupdur və bu etiqadla bəşəriyyət üçün daha böyük cinayətlərə yol açır”.
Ərdəbil əhalisinin Ekspertlər Məclisində nümayəndəsi Ali-Səud və Türkiyənin Amerikanı Suriya və Yəmən məsələsinə müdaxilə etmək üçün dəvət etmələrini sərt tənqid edib, Amerikanın Suriya və Yəməndə son hücumları nəticəsində törədilən qətillərə görə Ali-Səud və Türkiyə dövlətlərinin məsuliyyət daşıdığını qeyd edib.
İmam cümə Mosulun azad olunması xüsusunda böyük həcmdə mənfi təbliğata işarə edərək deyib: “Həşd Şəbi qüvvələri arasında 20 min əhli-sünnə könüllüsü vardır və Mosulun azad olunması əməliyyatında iştirak edir. İraq dövlətinin bəyanatına görə Mosulun azad olunması əməliyyatından sonra dövlət qüvvələrindən başqa heç bir qüvvə orada qala bilməz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button