ArxivXəbər lentiXəbərlər

Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası keçiriləcək

Oktyabrın 23-24-də Tehranda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun 47-ci iclası keçiriləcək.

İki günlük iclasda İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistandan nümayəndələr iştirak edəcək.

Yığıncaqda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsindəki məsələlər müzakirə olunacaq. Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək sammitinə hazırlıq məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 46-cı iclası iyulun 11-12-də Astanada keçirilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button