ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

XİN Fransanın Ermənistana silah göndərməsini pisləyib

Rəsmi Bakı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransanın Ermənistana “Bastion” çoxməqsədli zirehli avtomobillərinin və onlara məxsus avadanlıqların göndərilməsini pisləyib.
Bu barədə XİN-in Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə açıqlama yayıb.
Ayxan Hacızadə bildirib ki, Fransanın Ermənistana hərbi texnika göndərməsi hazırda təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Yerevanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək:
Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir”.
Noyabrın 12-də Ermənistan Fransadan hərbi yardım almağa başlayıb.
Yardımın ilk partiyası artıq Gürcüstan vasitəsilə respublika ərazisinə gətirilib.
Bu barədə Rusiyanın “Hərbi icmal” saytı məlumat yayıb.
Qeyd edib ki, birinci partiyada fransızlar “Bastion” çoxməqsədli zirehli texnika ilə təmin ediblər:
Onların sayı açıqlanmayıb, lakin yayılan fotolarda 20-dən çox olduğu görünür”.
Bu gecə Gürcüstanın Poti limanında Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” çoxməqsədli zirehli texnikası yüklənib. Bastion üçün komponentlər də göndərildi – göndərən Fransanın ARQUUS şirkətidir. Zirehli maşın Afrika və Yaxın Şərqdə istifadə üçün xüsusi olaraq hazırlanıb. Tibbi avtomobil, qərargah və ya rabitə vasitəsi kimi istifadə edilə bilər”, – deyə Rusiyann “Hərbi icmal” saytı yazıb.
Ayxan Hacızadənin sözlərinə görə, Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları rəsmi Parisin bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir:
Ayxan Hacızadə. Foto: “azertag.az”
Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar”.
Nazirlik sözçüsü beynəlxalq ictimaiyyətə də çağırış edib:
Təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq”.
Oktyabrın 23-də Ermənistanın və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornu müdafiə sektorunda qarşılıqlı əlaqələri əhatə edən ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayıblar.
Sənədin imzalanmasından əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirmişdi ki, Paris üç GM 200 radarının satışı və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı sazişə əsasən, Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edər.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan oktyabrın 6-da France TV-də deyib ki, Ermənistanın Fransa ilə hərbi sahədə əməkdaşlığı başqa dövlətlərə qarşı yönəlməyib və müstəsna olaraq müdafiə məqsədi daşıyır.
Fransanın Ermənistana göndərdiyi hərbi yardımlarla bağlı Meydan TV-yə danışan hərbi jurnalist Səxavət Məmməd deyir ki, “Bastion” zirehli avtomobillərin xüsusi təhlükəsi olmadığı qənaətindədir:
Azərbaycan da zirehli avtomobillər alır. Fransa “Bastion” çoxməqsədli zirehli avtomobillərini daha çox Afrikada istifadə edir və düzəngah ərazilərdə çox effektivdir. Ermənistanın ərazisi dağlıqdır, o cümlədən, Azərbaycanla konflikt olan yerlər də dağlıqdır. Bu ərazilərdə “Bastion” zirehli avtomobilləri ciddi hərəkət edə bilmir, amma düzəngahda yaxşı işləyir”.
S.Məmməd hesab edir ki, əslində, Azərbaycan üçün Ermənistanın Hindistandan aldığı “Zen” anti-dron sistemləri təhlükə yaradır:
Səxavət Məmmədin şəxsi arxivindən
“Ermənistan Hindistanla bağladığı dəyəri 41 milyon dollar olan bu sistemlər “Bayraqdar”a, “Harop”a və Azərbaycanın özünün istehsalı olan dronlara qarşı yaxın məsafədən, 2.8 kilometrdən aktiv döyüş qabiliyyətinə malikdir. İkinci, avtomatik mexanizmlə işləyir, idarəetməyə ehtiyac yoxdur. Əgər hədəfi müəyyən edirsə, sıradan çıxarır. Amma dediklərim nəzəri baxımdan belədir, praktikada “Zen” anti-dron sistemləri müharibələrdə dronlarla qarşılaşmayıb. Ola bilsin, Hindistanda sınaqdan keçirilib, ancaq “Bayrakdar”la, “Harop”la qarşılaşmayıb. “Bayraqdar”ın ondan bir üstünlüyü var: daha hündürdən uçur, lazerlə idarə edildiyindən uzaq məafədən zərbələr endirir. “Zen” isə qısa məsafədə effektiv işləyir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button