ArxivXəbər lentiXəbərlər

Xanım Zəhra (ə) məscidinin təmirinə şərtlər əsasında icazə verildiyi iddialarına icma sədrindən açıqlama

Hədəf14.az-ın məlumatına görə, biliyiniz kimi artıq neçə illərdi ki, Yeni günəşlidə yerləşən xanım Fatimeyi-Zəhra məscidi ətrafında gedən mübahisələr səngimək bilmir. Məscidin torpaq ərazisinin bir hissəsinin məsciddən alınacağı iddiaları davam etməkdədir. Məhz bu səbəblərdən uzun illərdi ki, məscidin təmiri də dayandırılmışdı. Bir neçə gün əvvəl isə sosial şəbəkədə təmirin bərpa edilməsinə icazə verildiyi deyildi. Lakin iddia edilir ki, məscidin tikilməsinə icazə müəyyən şərtlərlə verilib. Həmin şərtlərdən biri isə təmirə icazə yalnız sözügedən ərazidə torpağın bir hissəsinin alınacağı deyilir. Bütün suallara cavab tapmaq üçün Hədəf14.az olaraq, məscidin icmasının sədri  hacı ilqar Abdullayevlə əlaqə saxladıq. Ondan iddiaların nə dərəcədə doğru olub olmamasına aydınlıq gətirməsini xahiş etdik. O, bildirdi ki,  hal-hazırda günün mövzusu məscidin təmiri məsələsidir. “Rəsmilər tərəfindən bizə bildirilir ki, yaxın günlərdə məscidin təmiri başlayacaq. Qəsəbədə yeganə məscid olduğunu nəzərə alıb, təmir müddətində məscidin fəaliyyəti dayandırılmayacaq. Məscidin daxili imkanları da təmir gedə-gedə fəaliyyət göstərməyə cavab verdiyi üçün bu məsələdə öz həllini tapıb. Gündəlik namazlar və tədbirlər, məscid möminlərin xidmətində olacaq. Ümid edirik tez bir zamanda təmir olunmuş və yüksək şəraitli məscdi möminlərin xidmətinə veriləcək. Torpaq məsələsi ilə bağlı verdiyiniz suala cavab olaraq deyə bilərik ki, hal-hazırda hər hansı bir addım atılmayıb. Heç bir şərt kəsilməyib və bu barədə bizə heçnə  deyilməyib.  Əgər bununla bağlı hər hansı məsələ olarsa, möminlərə bu haqqda məlumat vermək bizim vəzifəmizdir borcumuzdur”.

Hədəf14.az üçün

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button