ArxivXəbər lentiXəbərlər

Xalqımız yatmış şirdir, bəlkə şir deyil? Gecə yarısı sosial şəbəkədə tənqid edən xalq necə yata bilər?

Sonra da deyirlər ki, sosial şəbəkələrdə bizi sərt tənqid edirlər. Əslində mümkün olsaydı sizin basıb gözünüzü çıxartsaydılar “uf” deməzdik.
Azərbaycan xalqı üçün yatmış şir deyirlər. Şir – ona görə ki, tarixdə bu şirliyin nümunələrindən biri “topxana” günləri, “azadlıq hərəkatı” illəri idi. Sovetlər birliyini ilk dəfə bu şir caynaqları arasına alıb xillə dişləri ilə parçalamışdı. Amma yatmış – ona görə ki, o hadisələrdən bu yana nədənsə xalqdan köklü bir dəyişiklik, şir-pələnglik çıxmamışdır.
Təbii ki, xalqı – sonradan ona ürcah olan xəbis və yaramaz hakimiyyət hər fürsətdə sındırdı. Məsələn telekanalizasiya adlanan teleməkanda bütün günü nəcasət fantan vurur. Efir məkanı məkansız (küçədə qalmış ) insanlarla doludur. Təmiz bir-iki nəfər də dəvət ediləndə insan o saat düşünür ki, bu da hansısa evi-eşiyi olmayan, yaxud evindən qaçan, valideynindən küsən, avaragorun biridir ki, qalıblar hara çıxarsınlar, nəhayət efirə gətiriblər. Beləliklə də xalqın şəhidlik ruhiyyəsini qırmağa çalışırlar.
Digər tərəfdən xalqı beş-on manat pula möhtac ediblər. Məlum məsələdir ki, kasıbçılıq bir qapıdan evə daxil oldumu iman o biri qapıdan çıxır. İnsanları beş manat pula ehtiyaclı ediblər. Bu saat əsgərlik yaşı çatıb getməyən və yaxud gedib-getməməsini müzakirə edən insanlarımız deyir ki, mən axmağam ki, gedib Zahid Oruc, Qüdrət Həsənquliyev, Mirşahin, Rauf Arifoğlunu… üstə gəl hakimiyyətin “adxodlarını” müdafiə edim və ölüm, onlar da mənim qanım üzərində zövqü-səfa yaşasınlar, yaltaqlıqla məşğul olsunlar?
Məsələ budur ki, nə indi (mülkü vətəndaş kimi) bu insanlara, balalarımıza qiymət verən var, nə də əsgər getsələr onların qədri bilinməyəcək. Bu və bunun kimi sair amillər bais olur ki, insanlarda vətənpərvərlik hisləri darmadağın edilir, bütün dəyərlər, vətənə sevgi-məhəbbət məhv edilir.
Amma bir qrup insanlarımız vardır ki, onlar bütün bu məhrumiyyətlərə baxmayaraq geri çəkilmir, nə qədər əllərindən gəlirsə zalım insanları ifşa edirlər. Onlar mitinqlərdən, aksiyalardan, etirazlardan əl çəkmirlər. Hakimiyyətin heç bir repressiv addımı bu insanlardakı ruhiyyəni sındıra bilmir.
Yaltaq gənclik, nəcasət dolu telekanalizasiya, rüşvətlə dolu dövlət idarələri görmək istəyən xəbis hakimiyyət hər nə edirsə bu insanları yaltaqlığa çəkə bilmir. Çünki yaltaqlığa adət etdirmək – məlum olduğu kimi tarix boyu hakimiyyətlərin işlətdikləri mühüm hiylələrdən biri olmuşdur. Hal-hazırda yerli (əslində yersiz) hakimiyyəti ayaqda saxlayan yaltaqlıq, rüşvət, demokratiyanı, insan haqları boğmaq, repressiya etmək və sair bu kimi alçaq hərəkətlərdir.
Əslində üzərində dayanmaq istədiyimiz nöqtə elə budur. Baxın, gözəl bilirik ki, Azərbaycanda polis hakimiyyətə işləyir, əslində neytral mövqeyi tutmaq yerinə xalqı əzir, çünki polisin özünü də yuxarılar əzir. İşdən çıxmaqla, həbslə, min cür alçaqlıqla hədələyib özlərinə tərəf çəkirlər. Belə olmasaydı, polis qorxmasa, yaxud özünü hakimiyyətə satmasaydı, hakimiyyətin deyil də xalqın tərəfində olsaydı həbs, döyülmək, ölmək, repressiya olmaqdan uzaq gəzən insanlar meydanlardan çıxmazdı.
Sosial mediya iştirakçısı olan insanlarımız gözəl bilir ki, əslində bu xalqı yatmış hesab etmək olmaz. Bəlkə də heç bir ölkədə bizim toplumlar qədər sosial şəbəkələrdə nazirləri, deputatları, hətta prezidenti tənqid edən, tənqidin dozasını artırıb söyən, təhqir edən ikinci bir toplum yoxdur. Bir dənə sürtük deputat, alçaq məmurun fotosunu paylaşmaq kifayət edir ki, haqqında ən əksik, alçaq sözlər yağdırılsın. Hətta onlar ki, tənqid etmir, yaramaz siyasəti bəyənir, onlar da cəmiyyətdə yaltaq hesab edilirlər. Gecənin bir aləmi sosial şəbəkələrdə bu cür fəal olan insanlar, xalq necə yatmış hesab edilə bilər? Halbuki gecənin bir aləmi sözün həqiqi mənasında insan yatmalıdır. Sözün həqiqi mənasında yatmayan insan məcazi mənada necə yatmış hesab edilə bilər? İndi beş-on dənə danqalaq çıxıb bu insanların əqidəsini qırmağa çalışa və onları – necə deyərlər – bekar adamlar hesab edə bilərlər. Bəli, insan bekar olanda da sosial mediyada iştirak edə bilər. Amma mən əminəm ki, bu xalq bekarçılıqdan deyil, bəlkə də elə sərt tənqid etməyi özü üçün bir iş hesab etdiyi üçün bu işi icra edir. Bir də ki, axı bekarçılıqdan da tənqid etsə yeri vardır. Axı bu insanlar, mərd-mərdanə, qoçaq cavanlarımız, daşdan pul çıxartmaq həddində və qabiliyyətində olduqları halda 30 – 35 yaşlarında oturub ata-analarının pensiyalarına baxırlar. Evdən bayıra çıxmağa adam utanır. Çünki adicə avtobusun da yolpulusunu anasından alır. Bu vəziyyətdə olan vətəndaş nə etməlidir ki? Sonra da deyirlər ki, sosial şəbəkələrdə bizi sərt tənqid edirlər. Əslində mümkün olsaydı sizin basıb gözünüzü çıxartsaydılar “uf” deməzdik. Zəhmət çəkin, xalqdan oğurlamayın, oğurladığınızı qaytarın, işlə təmin edin, normal maaş verin camaat gedib işini işləsin. Əks halda tənqidin, layiq olduğunuz təhqirin, söyüşün biri bir qəpikdən gələcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button