Aktual

Xalq Rüstəm Ibrahimbəyova inanır

Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyov məlum səbəblərə görə iyulun 31-də Azərbaycana gələ bilmədi. Bu xəbər çox insanları məyus etdi, bir qrup insana əks təbliğat üçün arqument verdi, bir qrup isə, bu səfərin təxirə düşməsini təbii qarşıladı və məqsədə çatmaq üçün düzgün qərar hesab etdi.

Bəs, cəmiyyətdə Rüstəm Ibrahimbəyovun Azərbaycana gəlişinə inam real olaraq hansı səviyyədədir.

Bu suala aydınlıq gətirmək üçün, ən yaxşı cavab “Azadlıq radiosu” nun apardığı sorğu ola bilər.

“Azadlıq radiosu” “Səncə, Milli Şuranın prezidentliyə vahid namizədi olan Rüstəm Ibrahimbəyov seçkidə iştirak üçün Azərbaycana qayıda biləcəkmi?” sualı ilə vətəndaşlara müraciət edib.

Bu sualla bağlı 4 cavab variantı qoyulub. 1.Bəli gələcək; 2. O qədər də əmin deyiləm; 3. həbs təhlükəsindən qorxub gəlməyəcək; 4. maraqlanmıram.

Sorğu iştirakçılarının 63 faizi Rüstəm Ibrahimbəyovun gəlişinə inandığını bildirib. 18 faiz isə o qədər də əmin olmadığını ifadə edib. Cəmi 12 faiz isə Rüstəm Ibrahimbəyovun gəlməyəcəyini bildirib.

Göründüyü kimi, hakimiyyətin mütəmadi olaraq telekanallarda, mətbuatda apardığı əks təbliğat öz hədəfinə çatmayıb. Insanlar artıq dərk edirlər ki, haqqında əks təbliğat aparılan adam, həqiqəti deyən adamdı. Bu prosesdə “anti-reklam özü də, bir reklamdı” ifadəsi öz təsdiqini tapır.

Digər tərəfdən Rüstəm Ibrahimbəyovun Azərbaycana gələcəyinə inanan 63 faiz və qismən inanan 18 faiz, həm də Hakimiyyətə inanmayan 81 faizin göstəricisidir.

Milli Şura yaranandan və Rüstəm Ibrahimbəyovun vahid namizəd olduğu andan, hakimiyyət qəzetlərindəki bütün yazıların bu adama və quruma həsr olunması, hakimiyyətin də xalqın münasibətindən agah olduğunu göstərir.(azadlıq)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button