Aktual

İlham Əliyev ABŞ-a ümid bəsləyir

SəhərTV, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-a böyük ümid bəsləyir !!

ABŞ prezidenti Barak Obamanı doğum günü təbrik edən Azərbaycan prezidenti İlham Əliyev təbrik məktubunda Azərbaycanla ABŞ-ı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb .

Prezidentin rəsmi saytının məlumata görə məktubda yazılıb : “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri alıb. Münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir. Eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik ”.

Barak Obamanı doğum gününü əlamətdar sayan Azərbaycan prezidenti  əlavə edib :”Belə bir əlamətdar gündə sizə və ailənizin bütün üzvlərinə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button