Şeir

Varsa nə qədər fürsəti-imkan, cavan ikən

Təkbir deyərək cuşa gələr qan, cavan ikən
Dini-İslama ver canını qurban, cavan ikən
Din çeşməsindən su içənin yanğısı sönməz
Hey içsə də doymaz, qalar ətşan, cavan ikən
Bir az düşünüb, əqli mühərrik işə düşsə
Hər şeydə müvəffəq olar insan, cavan ikən
Daxildəki iman nuru – mənəvi keşikçi
Qalib gələ bilməz sənə şeytan, cavan ikən
Alimlər edər gənclərin imanına qibtə
Həddən çox olar qəlbidə iman, cavan ikən
Məğlub və ümidsiz ola bilməz bu səbəbdən
Allahı edən dərdinə dərman, cavan ikən
Mümkündü ki, dünya özünə cəlb edə bilsin
Bir kəs ki, düşə qəflətə bir an, cavan ikən
Daim sinəsin versə çətinliklərə qarşı
Qorxutmaz onu zəlzələ, tufan cavan ikən
Ömrün baharın tədrisə və təhsilə sərf et
Varsa nə qədər fürsəti-imkan, cavan ikən
İstəklə, məhəbbətlə tut elmin qapısından
Mövlaya elə eşqivi elan,cavan ikən

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button