IslamXəbərlər

“Vahid İslam ümməti yaranmalıdır!” (Rəhbərin bayram çıxışı)

İran İslam İnqilabı liderinin rəsmi veb səhifəsinin yaydığı məlumata əsasən, Ayətullah Xamenei bu gün İslam ölkələrinin səfirləri və İslam resrublikasının yüksək vəzifəli şəxsləri ilə görüş keçirdi. Görüşdə çıxış edən rəhbər İslam ümmətinin öz düşmənlərini yaxşı tanımasının, həmçinin dini və milli qarşıdurmalardan çəkinməsinin vacibliyinə toxunaraq dedi:

“Bu gün dünya müsəlmanları arasında İslam kimliyi hissi güclənmişdir, İran xalqı ilahi yardıma inamla inkişafda, zülmə, cəhalətə və ədalətsizliyə qarşı mübarizədə səngərləri bir-bir fəth etməkdədir”.
Ayətullah Xamenei qonaqları Məbəs bayramı münasibətilə təbrik edərək insanları ağıl və düşüncəyə yönəltməyi Peyğəmbər besətinin ən mühüm səbəbi kimi vurğulayaraq əlavə etdi:
“Əgər İslam cəmiyyətində ağıl və düşüncənin işlədilməsi geniş yayılsa, İslam dünyasının çoxlu problemləri həllini tapar. İslam və Quran təlimlərinə dair düzgün və dərin baxışın olmadığına görə bu gün bəzi qüvvələr İslam adı altında müsəlmanlara zülm edir, qətliamlar törədir və hətta günahsız qız uşaqlarını oğurlayırlar”.
İslam İnqilabının lideri müasir İslam dünyasında düşüncə boşluğuna dair başqa bir nümunəyə toxunaraq dedi: “Bu gün düşmənlər İslamla açıq mübarizəyə keçmişlər. Onların ən mühüm alətləri etiqadi ixtilaflar və sünni-şiə savaşı törətməkdir. Ağıl və düşüncənin köməyi ilə düşmənin rolunu və məqsədlərini görüb təhlükələrdən qorunmaq olar”.
Ayətullah Xamenei vahid İslam ümmətinin yaradılmasını İslam dünyasının zəruri ehtiyaclarından biri kimi qeyd etdi, müsəlmanlar arasında ixtilaf törətməkdə, şiə və İran xofu yaratmaqda əsas məqsədlərdən birinin hegemon düşərgənin öz problemlərinə don geyindirməsindən və işğalçı sionizm rejimini qorumaqdan ibarət olduğunu bildirdi. O, qeyd etdi ki, müsəlman xalqlardan, xüsusən də İslam ümmətinin görkəmli və aparıcı şəxsiyyətlərindən gözlənir ki, ayıqlıqla düşmən cəbhəni tanısınlar və bu həqiqətləri yaxşı dərk etsinlər.
Ali Dini Lider Qərb superdövlətlərinin Peyğəmbərin mübarizə apardığı cahiliyyətin təbliğatçısı olduqlarını vurğulayıb dedi: “Ədalətsizlik, ayrıseçkilik, insan məqamına hörmətsizlik, cinsi məsələlərin qabardılması, fəsadların təbliği və digər məsələlər azğın Qərb mədəniyyətinin nümunələrindən olub, ozamankı cahiliyyətin modern üsullarla bərpasından başqa bir şey deyil”.
Ayətullah Xamenei İslam oyanışına qarşı güclü mübarizənin aparıldığını xatırladıb bildirdi ki, bəzi yerlərdə bu mübarizə effektiv görünsə də, İslam oyanışını məhv etmək mümkün deyil. O, həmçinin dedi: “Quran ayələrinə əsasən, ucalıq əldə etmək üçün ilahi hidayət və vilayət yerinə İslamın və bəşəriyyətin düşmənlərinə, şeytanlara üz tutanlar sonda ucalığa qovuşmayacaqlar, həmin şeytanlar da onlara təşəkkür etməyəcəklər”.
Ayətullah Xamenei çıxışının sonunda İslam respublikasının banisi İmam Xomeyniyə və İslam şəhidlərinə Allahdan rəhmət dilədi.

Nur-az.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button