ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Vəliyyi-fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi:

Şiə ədəbiyyatı Əli (ə) vilayətinə etiqadlı möminlərin xalis əqidəsindən qaynaqlanır

Təbriz imam cüməsi: Şiə ədəbiyyatı Əli (ə) vilayətinə etiqadlı möminlərin xalis əqidəsindən qaynaqlanır, onun saf və tükənməz mənbəyi Qədir-Xumdur.

Qafqaz.ir-in Təbriz Universitetinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, höccətül-islam vəl-müslimin Məhəmməd Əli Ali-Haşim Təbriz Universitetində keçirilən V Beynəlxalq Aşura Ədəbiyyatı Konqresində deyib: “Hər bir millət, din və məktəbin şeir və ədəbiyyatının onun etiqad və təfəkkürünün güzgüsü olduğunu qəbul etsək, şiə ədəbiyyatı haqqında da deyə bilərik ki, şiə təfəkkür, əqidə və mədəniyyətinin rəmzi onun vilayətçi şairlərinin ədəbiyyatının güzgüsündə təcəlli etmişdir.”
İmam cümə vurğulayıb: “Şiə ədəbiyyatı Əli (ə) vilayətinə etiqadlı möminlərin xalis əqidəsindən qaynaqlanır, onun saf və tükənməz mənbəyi Qədir-Xumdur.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə təmsilçisi nitqinin davamında şiə şairlərinin əhəmiyyətini qeyd edərək deyib ki, şiə şairləri əslində bu meydanın sadiq və coşqun müdafiəçiləri, yorulmaz döyüşçüləridir. Onların mədəniyyət cihadı məsum imamlar (ə) tərəfindən diqqətdə saxlanır, himayə olunur, təqdir və təsdiq edilir.
İmam cümə məsum imamlar (ə) haqqında şeir söylənməsinin əhəmiyyətinə toxunaraq deyib: “Təkcə bu hədisə diqqət yetirmək kifayətdir ki, İmam Sadiq (ə) buyurur: Hər kim mənim ailəm haqqında bir beyt şeir desə, Allah ona mükafat olaraq cənnətdə bir ev tikər.”
Ali-Haşim çıxışının sonunda Aşura ədəbiyyatını şiənin ən zəngin təfəkkür və emosional resurslarından biri kimi dəyərləndirərək qeyd edib ki, Kərbəla faciəsi şairlərin şeirlərinin dili ilə daha çox təsirə malik olmuşdur və mərsiyyə ədəbiyyatında dini şeirlərə xüsusi zənginlik vermişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button