AktualAktualArxivXəbər lentiXəbərlər

Vəliyyi-fəqihin Azərbaycan Respublikasında nümayəndəsi: Ayətullah Meşkini vilayəti-fəqih mövzusuna dini baxışla baxırdı

Vəliyyi-fəqihin Azərbaycan Respublikasında nümayəndəsi Ayətullah Meşkininin vilayəti-fəqih və İslam hakimiyyəti məsələsinə dini görüşlə yanaşmasını vurğulayıb.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Meşkininin vəfatının 10-cu ildönümü münasibətilə keçirilən anım mərasimində çıxış edən höccətül-islam vəl-müslimin Seyid Əliəkbər Ocaqnejad deyib: “Ayətullah Meşkininin xüsusiyyətlərindən biri də İnqilabın Böyük Rəhbərinə xüsusi hörmət bəsləmək və vilayəti-fəqihi nübüvvət və imamətin davamı bilmək idi.”
Höcətül-islam Ocaqnejad əlavə edib: “İnqilabın Böyük Rəhbəri ağır məsuliyyəti öhdəsinə aldığı üçün Ayətullah Meşkini daima onun barəsində dua edirdi və belə düşünürdü ki, vilayəti-fəqih hakimiyyəti bərpa olduğu zamanda digər fəqihlərin dini ödənclər qəbul etmək haqları yoxdur və bu iş üçün vəliyyi-fəqihdən icazə almalıdırlar.”
Vəliyyi-fəqihin Azərbaycan Respublikasında nümayəndəsi böyük alimin digər bir xüsusiyyətini önə çəkərək deyib: “Ayətullah Meşkininin əsas xüsusiyyətlərindən biri də onun tənqidi qəbul etməsi idi və tənqidçilərin cavabını həmişə sakitliklə, zarafatla, bəzən də həqiqətləri ortaya qoymaqla verirdi.”
Cənab Ocaqnejad əxlaq ustadının seyidlərə böyük hörmət bəsləməsini və yoxsullara kömək etməsini onun seçilmiş əxlaqi xüsusiyyətləri sırasında qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button