ArxivXəbər lentiXəbərlər

Vəkil: “Natiq Cəfərlinin ev dustaqlığı və girovla bağlı məhkəməyə müraciət edəcəyik”

“Natiq Cəfərlinin işində ciddi yenilik yoxdur. Natiq Cəfərli tutulduqdan sonra heç bir istintaq işi aparılmayıb”. Bunları Natiq Cəfərlinin işi ilə bağlı Deyerler.org-a məlumat verərkən vəkil Cavad Cavadov deyib. O qeyd edib ki, N.Cəfərlinin işinə əlavə olaraq 5 vəkil də cəlb edilib: “Ona qarşı irəli sürülən ittihamların da hamısı absurd ittihamlardır. Bakı İstintaq Təcridxanasında mütəmadi görüşürük. Artıq məndən başqa 5 vəkil də əlavə olaraq prosesə qoşlub. Demək olar ki, hər gün Natiq Cəfərli ilə vəkillərdən biri görüşür.

Biz gələn həftə N.Cəfərlinin ev dustaqlığı və girovla bağlı məhkəməyə müraciət edəcəyik. Bir də N.Cəfərlinin evində məhkəmə qərarı olmadan axtarışlar aparılıb. Axtarış zamanı ailəsinə məxsus və ona heç bir aidiyyatı olmayan həyat yoldşının qızıl zinət əşyalarını və evin sənədərini götürüb qanunsuz olaraq aparıblar. Bu axtarışla bağlı məhkəməyə müraciət hazırlamışıq və təqdim edəcəyik”.

N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbsqətimkan tədbiri seçilib. O, 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinir. Deyerler.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button