ArxivXəbər lentiXəbərlər

Uyğun gəlməyənlərə – damğa

(və ya damğaya qarşı damla)

Bunların bircə ölçüsü var və bu ölçüyə düz gəlməyənlər əvvəl -əvvəl azacıq maraq doğurur, sonra hirs-hikkə, daha sonra isə… əsl qorxu və panika yaradır. Elə qorxub -təlaşlandıqlarına görə də var gücləriylə bağırırlar: “- Belə də ziyalı olar?! Siz bir buna baxın, adını ziyalı qoyub!! Bu adam ziyalı adına ləkədi, ağlına- ağzına gələni çərənləyir!!!” və s.və i.a. Bu cənablar həqiqətən elə bilirlər ki, ziyalı, aydın insan şüşəsi hislənmiş lampaya bənzəməlidir və onlar da kefi istədikləri vaxt həmin lampanın piltəsini burub işığını azaltmaq – çoxaltmaq ixtiyarına malikdilər.

Bunlar doğrudan da inanırlar (yaxud özlərini inandırıblar) ki, ziyalı bəndə mütləq şəkildə: A)- yaltaq, yalaq, mətdah və quyruqbulayan olmalıdır; b) – ələ və sözəbaxan olmalı, eləcə də yiyələrinə əsl dördayaqlı sədaqəti nümayiş etdirməlidir; c) – Haqqı nahaqa, Doğrunu yalana, Ədaləti ətalətə və yağlı ətə qurban verməyə adətkarda olmalıdır. Ən əsası isə, ç) – Vicdan və Ləyaqət hissindən yerli-dibli məhrum olmalıdır! Bu formata, qəlibə, klişeyə, standarta, meyyara və s. uyğun gəlmirsənsə, -batdın! – damğaya tuş gələcəksən və səni bir göz qırpımındaca qaynar tavaya atılmış su damcısına çevirəcəklər!.. Amma unutmayaq: damlalar nə qədər çox olsa, tava da bir o qədər tez soyuyub ram olar!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button