ArxivIslamXəbər lentiXəbərlər

Ustad Füruği: Əli (ə) Allahın ən böyük nişanəsidir

Mütəal Allah Qurani-kərimi həyatın ən kamil kitabı və hidayət olaraq göndərdi. Ən ali və ən dərin tövhid maarifini özündə toplamış bu Kitab həm də Allahla bəşəriyyət arasında əlaqə körpüsüdür. Quran qiraətindən əvvəl oxunan duada deyilir: 

اَللهُمَّ اِنّی اَشهَدُ اَنَّ هذا کِتابُکَ المُنزَلُ مِن عِندِکَ عَلی رَسُولِکَ مُحَمَدِ بن عَبدِاللهَ صَلَی اللهُ عَلَیهِ وَ الِهِ… وَ حَبلاً مُتَّصِلاً فیما بَینَکَ وَ بَینَ عِبادِکَ.
“İlahi! Şəhadət verirəm ki, bu Sənin Kitabındır və Sənin tərəfindən peyğəmbərin Məhəmmədə (Allahın salavat və salamı olsun ona və onun ailəsinə) nazil olmuşdur…. Şəhadət verirəm ki, Quran Səninlə bəndələrin arasında əlaqə ipidir.”
Quranı-kərimin mövzusu Allah və insandır. Onda gəlmiş bütün maarif və təlimlər dünyanın fani aləmindən keçid etmək və onun pillələrini yuxarı qalxmaq üçün bir yoldur. Beləliklə, insan liqaullah (Allahla görüş) məqamı olan ən ali kamal mərtəbəsinə yetişsin. Amma Mütəal Allah təkcə maarifi bəyan etməklə kifayətlənməyib, üstəlik, o əzəmətli Kitabın bütün həqiqətlərini bir insanın vücudunda həyata keçirib, həmin insanı tövhidin qəhrəmanı, Özü və bəndələri arasında əlaqə ipi qərar verib və insanlara da göstəriş verib ki, Allahı göstərən o böyük örnəyə tabe olaraq liqaullah yolunda irəliləsinlər.
Bəs aləmi heyran qoyan Allahın ipi və böyük ilahi örnək kimdir?
İmam Hüseyn (ə) bir hədisdə buyurur: “Bir ərəb Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın rəsulu, atan-anam sənə qurban! Allahın buyurduğu bu kəlamın: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (2) -mənası nədir?
Peyğəmbər (s) buyurdu: Mən Allahın peyğəmbəriyəm və Əli ibn Əbu Talib Onun ipidir.
Ərəb Peyğəmbərin (s) yanından çıxdı və belə deyirdi: Allaha və Onun peyğəmbərinə iman gətirdim və Onun ipindən yapışdım.” (3)
Əli ibn Əbu Talib Allahla məxluqat arasında bağlılıq ipi və danışan Qurandır. İmam (ə) həkəmlik hadisəsində (Siffeyn döyüşündə) buyurdu: “Mən Allahın danışan kitabı, bu (Quran) isə sakit kitabıdır.” (4)
Əli (ə) elə bir insandır ki, onun vücudu ilə bütün həqiqətlərin sonuncusu olan ilahi kitab məna tapır. Ona görə də buyurur:
“Allahın məndən böyük bir nişanəsi yoxdur.” (5)
Yəni bütün həqiqətlər tanınmaq üçün Əlinin (ə) vücudundan kimlik kəsb etməlidir. Əks təqdirdə şərti və yoxluq xarakterli bir iş olacaq.
1. “İqbalul-əmal”, c. 1, səh. 110.
2. “Ali-İmran” surəsi, ayə 103.
3. “Təfsiri-Fərati Kufi”, səh. 90.
4. “Biharul-ənvar”, c. 30, səh. 546.
5. “Bəsairud-dərəcat fi fəzaili Ali-Muhəmməd (s)”, c. 1, səh. 77.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button