AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Urmiyanın imam cüməsi: Azərbaycan Respublikası başçıları din azadlığını rəsmi olaraq tanısınlar

Urmiyanın imam cüməsi Nardaran şəhidlərinə işarə edərək deyib: Azərbaycan Respublikasının rəhbərlərindən və rəsmilərindən istəyirik ki, öz xalqı arasında din və məzhəb azadlığını rəsmi olaraq tanısınlar.

Qafqaz Mədəniyyət Mərkəzi- Höccətül-islam Seyid Mehdi Qüreyşi Urmiya şəhərində təşkil olunan cümə namazı xütbələrində deyib: “Qiyamət günü təqvalı bir şəxs olaraq hazır olmaq üçün Allahın haram etdiklərindən çəkinmək və dini göstərişlərə əməl etmək həmişə diqqətdə saxlanılmalıdır”.

Dünyəvi imkan, vəzifə və məqamların yalnız ilahi bir əmanət olduğunu deyən imam cümə artırıb: “Vəzifə və məqamlar zahirdə böyük görsənsələr də ona çatdıqda belə olmadığını görürsən”.

Universitet və hövzə ustadı Nəhcül-bəlağənin mütaliə olunmasını və Əmir əl-möminin Əlinin (ə) tövsiyələrinə əməl etməyin insanın həyatının müxtəlif məsələləri üçün çox təsirli olduğunu bildirib.

O xatırladıb: “Əbədi diyar üçün azuqə toplamalıyıq. Hətta, bu bizim dünya malımızın azalması bahasına başa gəlsə də”.

İmam cümə deyib: “Ali Məqamlı Rəhbərin göstərişinə əsasən, məzlum Nigeriya xalqını və şiələrini müdafiə etməyə vəzifəliyik. Xüsusilə də onların böyük rəhbəri həbs edildiyi və onun haqqında heç bir məlumat verilmədiyi bir halda”.

Höccətül-islam Seyid Mehdi Qüreyşi xütbəsinin davamında Nardaran hadisəsi, bu hadisənin şəhidləri barədə söz açıb və Azərbaycan Respublikası başçılarına xitab edərək deyib:“Azərbaycan Respublikasının rəhbərlərindən və rəsmilərindən istəyirik ki, öz xalqı üçün din və məzhəb azadlığını rəsmi olaraq tanısınlar ki, xalq dini göstərişlərə əməl edə bilsin”.

Vəliyyi-Fəqihin Qərbi Azərbaycanda nümayəndəsi düşmən qarşısında müqavimət göstərdikləri və 9 Dey əzəmətli mərasimini təşkil etdikləri üçün əhaliyə təşəkkürünü bildirərək deyib: “Amma 9 Deyi qanad və partiya mərasimi hesab edən qrupu qınayırıq”.

9 Dey qəhrəmanlıq hadisəsini İnqilab tarixində yadda qalan bir gün, səliqə və baxışlarından asılı olmayaraq bütün xalqa aid olduğunu deyən imam cümə artırıb: “İnqilabın Böyük Rəhbərinin bu zəmində göstəriş və tövsiyələrinə diqqət etməliyik”.

Seyid Mehdi Qüreyşi seçkilərin yaxşınlaşması ilə bəzilərinin ölkəmizdə ikitirəlik yaratmağa cəhd etməsininə də toxunaraq deyib: “Ölkədə yaranmış həssas durumdan düşmənin sui-istifadə etməsinə və nüfuz etməyə imkan tapmasına icazə verməməliyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button