AktualArxivIslamTarixXəbər lentiXəbərlər

Urmiyada Xocalı soyqrımı anıldı

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü və təşkilatçılığı ilə fevralın 26-da Urmiya Azad Universitetində Xocalı soyqrımının 25 illiyi münasibətilə konfrans baş tutub.
 Urmiya Azad Universitetində Xocalı soyqrımının 25 illiyi ilə bağlı keçirilən anım tədbirində Universitet rəhbərliyi, jurnalistlər, və ictimai birliklərin nümayəndələri iştirak edib.
İştirakçılar faciə ilə bağlı fikirlərini bildiriblər, beynəlxalq məhkəmələrə şikayət olunması barədə təklif irəli sürüblər. Habelə, Qarabağın gələcəyi haqda fikir mübadilələri aparıblar.
Konfransı giriş sözü ilə açan Urmiya Azad Universitetin rektoru doktor Əziz Cavanpur Xocalı acısını Azərbaycanla bərabər İranın da yaşadığını qeyd etdi.
O, qonaqları və konrans iştirakçılarını salamladıqdan sonra sözü tədbirin təşəbbüsçüsü Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə verdi. Rövşən Əhmədli  Azərbaycan Respublikasından gəlmiş nümayəndə heyətini tədbir iştirakçılarına təqdim etdikdən sonra , Urmiya Azad İslam Universitetinin rəhbərliyinə yüksək qonaqpərvərlik və təşkilatçılıqlarına görə heyət adından təşəkkürünü bildirdi .Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin Amerika, Fransa və Rusiya kimi dövlətlər tərəfindən dəstəkləndiyini bildirdi: “Biz əminik ki, Minsk qrupu Azərbaycan və Ermənistan arasında bir vasitəçi olaraq heç vaxt işğal edilmiş ərazilərimizin azad olunması istiqamətində addım atmamış va atmayacaq da. Biz onlara heç vaxt ümid etməmişik”. 
Xocalıda baş vermiş bir sıra tarixi faciələrdən söz açan Rövşən Əhmədli dedi: “Erməni təcavüzkarları Xocalı qətliamını kimi bir qırğını  təkrarlamaq niyyətində idilər. İran öz sərhədlərini təcavüzkar qatillərin əlindən qaçan müdafiəsiz insanların üzünə açmasaydı dünya  daha dəhşətli bir faciə və soyqırımın  da şahidi olacağdı”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı konfransda çıxış edərək Amerika, Rusiya və Fransanın erməniləri dəstəkləməsində heç bir şəkk-şübhə olmadığını bildirdi : “Biz Qarabağı azad etmək üçün İslam ölkələrinə ümid edirik”.
 Yazıçı və kinodramaturq Eldəniz Quliyev, şərqşünas alim, politoloq Zərdüşt Əlizadə, Urmiya Azad Universitetinin müəllimi politoloq-doktor Əlizadə və universitetin beynəlxalq hüquq üzrə müəllimi doktor Süleymanzadə çıxış ediblər.
Tədbir haqqında daha geniş reportajı oxucularımızın diqqətinə çatdıracağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button