Xəbərlər

Türkiyəyədə həbs edilən Sədərək Gömrük Xidmətinin rəisi ciddi şəkildə sorğu-sual olunub

Türkiyəyə bağlı Yeni Musavat qəzeti xəbər verib ki, Qarsda həbs edilən Sədərək Gömrük Xidmətinin rəisi Mirməhəmməd Seyidov ən ciddi şəkildə sorğu-sual olunub.

Türkiyədəki qaynaqların verdiyi xəbərə görə, həbsdəki gömrük rəisinin bu formada dindirilməsində əsas məqsəd Azərbaycan hakimiyyətində təmsil olunan bir neçə iri ranqlı məmurun çirkli pul daşımalarına nə dərəcədə bulaşdığını müəyyən etmək olub. M.Seyidova bir illik telefon danışıqlarının gizli dinlənilməsi zamanı müəyyən olunan çirkli pul yuyulması əməliyyatları haqda suallar verilib. Dindirmə zamanı gömrük rəisinə elə məsələlərlə bağlı suallar verilib ki, o, bu məlumatların haradan əldə edilməsindən şoka düşüb və danışmağa başlayıb. M.Seyidovun Azərbaycanın gömrük, sərhəd, hava nəqliyyatı və hüquq-mühafizə orqanları sistemində yüksək vəzifə tutan bir sıra şəxslərin adlarını çəkdiyi və sensasion ifadələr verdiyi iddia olunur.

sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button