ArxivIslamXəbər lentiXəbərlər

Türkiyəli İslam alimi Qum şəhərində Həzrəti Məsumə ziyarətgahında dəfn edildi – FOTO

ömrünü İslam və müsəlmanların izzəti və müdafiəsinə sərf etmiş Türkiyəli İslam alimi Muhəmməd Avcı Hoca iki gün öncə infarkt keçirərək dünyasını dəyişib.
Əslən Elazığ şəhərindən olan mərhum Muhəmməd Avcı hoca 1980-ci illərdə Türkiyədən ayrılaraq Almaniyaya gedərək o zamandan sonra Avropanın müxtəlif ölkə və şəhərlərində İslam təbliğatı ilə məşğul olub. Əhlibeyt və vilayət təbliğatı etdiyinə görə, həmyerliləri və müxtəlif camaatlar tərəfindən təzyiqlər və basqılara məruz qalsada, təbliğat və yolundan dönməyib.
Mərhum övladlarını da mübəlliğ və islam müəllimləri olması üçün onlara təbliğ və təşviq etmiş, onlar da atalarının yolundan gedərək Quran və Əhlibeytin təbliği və müdafiəsində xidmətlər edirlər.
 Türkiyəli İslam alimi Muhəmməd Avcı Hoca öz istəyilə İranın Qum şəhərində, Həzrəti Məsumə (s.ə) ziyarətgahında dəfn edilib, onun dəfn mərasiminə din alimləri və tələbələr, xüsusilə türkiyəli tələbələr qatılıblar.
Türkiyəli İslam alimi Qum şəhərində Həzrəti Məsumə ziyarətgahında dəfn edildi – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button