ArxivXəbər lentiXəbərlər

Türkiyədə 2 tələbə “Hero” köynəyi geyindiyi üçün tutularaq məhkəməyə çıxarılıb

Ərzurumda “qəhrəman” mənasına gələn ingiliscə “Hero” yazılan köynək geyindikləri iddiasıyla nəzarətə alınan 2 universitet tələbəsi sərbəst buraxılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərzurum ilinin Yakutiye ilçəsində üzərində ingilis dilində “Hero” yazılı köynək geyindikləri səbəbilə də Atatürk Universiteti şəhərciyində nəzarətə alınan 2 tələbənin polis idarəsinin Terrorla Mübarizə Şöbə Qərargahındakı işləri tamamlanıb.

Şübhəlilər istintaqı aparan dövlət ittihamçısının təlimatı ilə şöbədən bəraət alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlmiş FETÖ nümayəndələrinin sui-qəsd cəhdi və 2 polisin öldürüldüyü hücuma dair Muğla 2-ci Ağır Cəza Məhkəməsində davam edən məhkəmənin müttəhimlərindən hərbçi Gökhan Güclü üzərində “Hero” yazan köynəklə məhkəmə iclasına girmişdi.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən baş verən mübahisə ilə əlaqədar olaraq respublika baş prokurorluqlarına FETÖ/PDY üzvü məhbusların məhkəməyə təsir etməyə yönəlmiş mesajlar ehtiva edən paltarlarının müsadirə edilməsilə bağlı sərəncam göndərilmişdi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button