Xəbərlər

Türkiyədə ələvilər qrupunun aksiyaları

Türkiyənin İstanbul şəhərində ələvilərin iştirakı ilə keçirilən geniş aksiyada etirazçılar bərabər vətəndaşlıq hüququna malik olmalarını istəyiblər.

Tudey Zamanın məlumatına görə bazar günü(3 noyabr) Türkiyə vətəndaşlarından minlərlə nəfəri təşkil etdikləri aksiyalarda Türkiyə hakimiyyətinin bu ölkədə azlıq təşkil edən ələvilər qrupu ilə ədalətsiz surətdə rəftar etməsinə etirazlarını nümayiş etdiriblər.
Aksiyaçılar səsləndirdikləri şüarlarında bərabər vətəndaşlıq hüququna malik olmalarını istəyiblər.
Bu etiraz aksiyalarının təşkili elə bir haldadır ki, bu ölkənin baş naziri Rəcəb Teyyib Ərdoğanın demokratiya paketini təqdim etməsi üstündən təqribən bir ay keçib.
“Demokratiya və Ərdoğan Dövlətinin İslahatları” adlı bu layihədə azlıq təşkil edən ələvilər qrupunun hüquqları haqda xas bir hüquq nəzərdə tutulmayıbdır və Ankara dövləti yaxın zamanda bu barədə digər bir paket təqdim edəcəyini vəd edib. Ötən bir neçə ildə Ərdoğan hakimiyyəti Türkiyə Anayasasında islahatların aparılması və əlavə dəyişikliklərin edilməsi haqda geniş təşviqat kompaniyaları aparmışdır. Lakin 21 maddəli bir bildirişin çərçivəsində hazırlanan demokratiya adlı paket deyilənlərə görə Ədalət və İnkişaf partiyası başçılarının 11 illik səylərinin məhsuludur ki, artıq bu ölkə xalqının gözləntilərinin artmasının əsas səbəbləri də Türkiyə baş naziri həmçinin hakim Ədalət və İnkişaf partiyasının müjdə edici vədlərindən mənşə alır.
Lakin bir aydan az bir müddətdə aydınlaşıb ki, bu islahatlar guya heç bir kəsin ürəyincə olmayıbdır.
Türkiyə baş naziri 21 maddədən ibarət bu əsasnamənin elan edilməsi ardınca iddia edib ki, Türkiyə həqiqi demokratiyanın yolunda addım atır. O habelə türk partiyalar eləcə də azlıq təşkil edən dini qruplaşmalar və qövmlərə xitabən səslənib ki, hakim partiya tərəfindən islahatların aparılması haqda təqdim edilən paketlər cəmiyyətin qütblüləşdirilməsi istiqamətində deyil əksinə bu ölkə şəraitinin adiləşdirilməsi dövrünü keçməkdədir. Buna baxmayaraq Türkiyədə aparılan rəy sorğularının nəticələri göstərir ki, bu ölkə xalqı Ərdoğanın tərəfindən irəli sürülən demokratiya paketinin əleyhinədir.
Aparılan son rəy sorğularının nəticələri ona dəlalət edir ki, türk vətəndaşlarından 640 faizi Türkiyə dövləti tərəfindən demokratik islahatlar paketi onları qane etmir və əlavə azadlıqlar tələb edirlər. Bu arada 30 min nəfərə yaxın bir cəmiyyəti təşkil edən Türkiyədəki ələvilər qrupunun fikrincə hakim Ədalət və İnkişaf partiyasının tərəfindən irəli sürülən təkliflər paketində onların marağını doğuran və diqqəti cəlb edəcək bir şey nəzərdə tutulmayıb.
Türkiyədə azalıq təşkil edən ələvilər cəmiyyəti hesab edir ki, bu məsələ Türkiyədə Gezi parkının dağıdılmasına edilən etirazların himayə edilməsindən mənşə alır.
Türkiyədəki Ələvilər Cəmiyyəti elan edib ki, sözü gedən layihədən ən kiçik gözləntisi heç olmasa onlara məxsus olan ibadətgahları rəsmən tanısın. Eyni zamanda Türkiyədə müxalifətdə olan kürdlər də Ərdoğanın islahatlar ilə bağlı təqdim etdiyi paketindən narahatdırlar.
PKK qruplaşması dövlət tərəfindən irəli sürülən layihəni qeyri kafi hesab edir və Türkiyədə islahatların aparılması üçün onu tutumsuz dəyərləndirirlər. Rəcəb Teyyib Ərdoğan təqdim etdiyi paket ilə Türkiyənin güc strukturunda güclü bir balans yaranmağa ümidvardır. O bu paket ilə layiklər və islahatçıların fikirləri arasında bir növ balans yaratmağa ümidvardır.
Nəticə etibarı ilə demək olar ki, İstanbulda ələvilərin təşkil etdikləri aksiyalar və ölkədə digər vətəndaşlarla yanaşı ələvilərin də bərabər vətəndaşlıq hüququ malik olmalarını istəmələri göstərir ki, bu ölkə həqiqi demokratiyaya nail olmaq yolunda uzun bir yolu keçməlidir.

irib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button