Aktual

Eldəniz Quliyev: “Rüstəm İbrahimbəyovun vahid namizəd olacağı birmənalıdır”

“Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov deyil, İsa Qəmbər olacağı ilə bağlı KİV-də yer alan məlumatların heç bir əsası yoxdur”.
Bu sözləri  “EL”in Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib. Onun sözlərinə görə, R.İbrahimbəyovun namizədliyini hər kəs dəstəkləyir və bu məsələ artıq müzakirə mövzusu belə sayıla bilməz:
“Milli Şuranın vahid namizədi R.İbrahimbəyov olacaq. Bu, birmənalıdır. Çünki onun namizədliyini hər kəs, o cümlədən də İ.Qəmbər dəstəkləyir. Şübhəsiz, Milli Şurada təmsil olunan bütün partiya sədrləri prezidentliyə layiqdir. Lakin bu dəfə biz R.İbrahimbəyovun işığı altında toplaşmağa qərar vermişik. R.İbrahimbəyovun namizədliyi həm “EL”, həm ALP, həm də Ziyalılar Forumunun Milli Şuradakı təmsilçiləri tərəfindən irəli sürülüb və hər kəs bunu dəstəkləyib. Bu məsələ həll olunub. Sadəcə olaraq, bu Milli Şuranın qarşıdakı iclasında rəsmiləşdiriləcək. Lakin bu qələbə yalnız Milli Şuranın deyil, bütün Azərbaycan xalqının qələbəsi olacaq”.(moderator)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button