AktualAktualArxivXəbər lentiXəbərlər

Türkiyə terrorçuları dəstəkləməsinin mükafatını alır: Amerika Türkiyəni bölür

Türkiyəlilər son günlər aciz qalaraq İrana üz tutmuşdular ki, nə oturmusunuz, Amerika Türkiyəni kürd, Avropa və bir hissəsi də dövlətin ixtiyarında olmaqla 3 yerə bölmək istəyir. Türkiyə, Suriya ilə müharibədə öz geopolitik durumunu itirməkdən başqa heç nə qazanmadı.

Siyasi və media fəali Mehdi Məhəmmədi Ankara və Vaşinqton arasından ixtilaflarının büruz etməsinin ardınca yazır: “Türkiyəlilər son günlər aciz qalaraq İrana üz tutmuşdular ki, nə oturmusunuz, Amerika Türkiyəni kürd, Avropa və bir hissəsi də dövlətin ixtiyarında olmaqla 3 yerə bölmək istəyir. Türkiyə, Suriya ilə müharibədə öz geopolitik durumunu itirməkdən başqa heç nə qazanmadı. Üstəlik, Türkiyə bütövlüyünü itirməkdən əlavə, təkfirçi qrupların da əlindən amanda qalmayacaq. Çünki bu terror şəbəkələri Türkiyəyə öz vətənləri və karvansaraları kimi baxırlar. Maraqlıdır ki, Ərdoğan dövlətinin Amerikaya unikal xidmətlərindən sonra bu ölkə Türkiyəni cəzalandırmaq niyyətindədir.

Türkiyənin ABŞ-a unikal xidmətləri bunlardan ibarətdir:

  1. Münaqişə üçün siyasi təşkilat yaratmaq.

  2. Silahlı yaraqlılar arasında Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə(CİA) bağlı qanadın yaradılması (Pentaqona yaxın qanadı İordaniya himayə edir).

  3. Terrorçulara maddi dəstək.

  4. Rusiya ilə qarşılaşmaq rolu ifa etmək.

  5. Ərəb-İsrail yaxınlaşmasına kömək etmək.

  6. Həması İrandan uzaqlaşdırmaq və onu Əsədə qarşı müharibəyə çəkmək üçün planlar.

Belə nəzərə gəlir ki, Amerikanın Türkiyəni parçalamaq niyyəti də öz müttəfiqlərinə unikal və ibrətli bir mükafat verməsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button