Aktual

Türkiyə Cəfəri Alimlər Birliyi və Ali-Əba dərnəyi Türkiyənin İğdır bölgəsində İmam Mehdi (ə.f) mövludunu keçiriblər

qafqaz.ir İslamazeri.com -a istinad xebere gore, Türkiyənin İğdır bölgəsiniin Tuzluca rayonunda Hz. İmam Mehdinin (ə) təvəllüdü münasibəti ilə  mərasim təşkil olunub. Artıq 8 ildir ki, Türkiyə Cəfəri Alimlər Birliyi və Ali-Əba dərnəyinin birgə təşkil etdiyi tədbirə bir sıra yerli din xadimləri, Türkiyə Şiələrinin lideri Səlahəddin Özgündüz, İran İslam Respublikasından dəvət edilən tanınan ruhani Ayətullah Abdullah Xeyri , yerli dövlət rəsmiləri, həmçinin Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müavini Hacı Qurban Murquzov da dəvət olunublar.  CEM tv və Kackar Tv vasitəsi ilə canlı yayımlanan tədbirdə çıxış edən Türkiyə Cəfəriləri lideri Şeyx Səlahəddin Özgündüz, İrandan Ayətullah Abdullah Xeyri və başqa din alimləri və elm adamları Hz. İmam Mehdinin (ə) qeybə çəkilmə və Zühur etməmə səbəbləri, Zühurun və intizarın faydaları, İslam dünyasnın bu vəziyyətə düşməsinin amilləri və qurtuluş yolları haqqında geniş söhbətlər ediblər.

Tədbir şeir, qəsidə və ilahilərlə davam edib. Sonda tədbir azyaşlı uşaqların birgə oxuduğu Fərəc duası ilə də sona çatıb.

Türkiyənin İğdır bölgəsində keçirilən İmam Mehdi (ə.f) mövluduna xarici qonaqlarda qatıldı – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button