ArxivXəbər lentiXəbərlər

Türkiyə Azərbaycana 3 milyard dollarlıq helikopter satdı

60 ədəd ATAK alınacaq.

Türkiyənin TAİ şirkəti Azərbaycana 3 milyard dollar dəyərində 60 ədəd yeni nəsil T-129 “ATAK” helikopteri satacaq.

Qafqaz.ir xəbər verir ki, 2007-ci ildə İtaliyanın “AgustaWestland” şirkətinə məxsus “A-129 Mangusta” helikopterini yerli şəraitə uyğunlaşdırmaq üçün müqavilə bağlayan Türkiyə artıq helikopterə aid bütün lisenziya hüquqlarını da alıb.

Belə ki, TUSAŞ-ASELSAN-AgustaWestland şirkətlərinin 3 milyard dollarlıq müqaviləsi nəticəsində hazırlayan yeni helikopterə “T-129 ATAK” adı verilib.

Helikopter ilk uçuşunu 2011-ci ildə həyata keçirib. Helikopterin detallarının 60%-i Türkiyədə hazırlanır.

Türkiyə mətbuatı yazır ki, yeni helikopterin ilk müştərisi Azərbaycan olub.

Bildirilir ki, rəsmi Bakı bu döyüş maşını üçün 3 milyard dollar dəyərində müqavilə imzalayıb və TAİ şirkəti Azərbaycana 60 ədəd ATAK satacaq.

Bundan başqa, şirkət helikopterin satışı istiqamətində Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya ilə danışıqlar aparır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button