ArxivIslammədəniyyatŞəkil​SosialXəbər lentiXəbərlər

İranlı tələbələr Ermənistanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi-Foto

Bir qrup iranlı tələbə Ermənistanın Tehrandakı səfirliyi qarşısında toplaşaraq bu ölkənin işğal edilmiş Fələstin ərazilərində səfirlik açmasına etiraz edib.

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün bir qrup universitet tələbəsi Ermənistanın sionist rejimində səfirlik açmasına etiraz olaraq bu ölkənin Tehrandakı səfirliyi qarşısında toplaşıb. Aksiyada tələbələr “İki işğalçı bir yerdə”, “Sionist rejimi ilə əməkdaşlığın ağır bədəli olacaq” kimi şüarlar səsləndirərək Ermənistan dövlətinin ağılsız hərəkətinə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları bəyanat yayaraq Fələstin ideyalarına və İran İslam Respublikasının milli təhlükəsizliyinə dəstək olacaqlarını vurğulamaqla yanaşı bildiriblər:

Sionist rejiminin bu məntəqəyə daha artıq ayaq açması Qafqaz böhranlarının azalmasına kömək etmir, üstəlik, xoşagəlməz rəqabətlərin güclənməsinə səbəb olur və Qarabağ böhranı kimi bir sıra məsələləri daha da mürəkkəbləşdirəcək.

Biz tələbələr 85 milyonluq İran xalqının oyaq nümayəndələri olaraq bu gün burada, Ermənistan səfirliyinin qarşısında elan edirik ki, Ermənistan öz qərarına yenidən baxmalı, öz səfirini geri çağıraraq nəhs sionist rejimi ilə səfir mübadiləsində xoşagəlməz hərəkətin qurucusu olmamalı, İslam dünyasının qəlbində bu xəbis rejimi gücləndirməməlidir. Əks təqdirdə sionist rejiminin cinayət və günahlarına şərik sayılacaq. Ermənistan bunları nəzərə almayıb bu cinayətkarların ayağını öz ölkəsinə açarsa, onda gecə-gündüz onların bəd fitnələrini gözləməli olacaq. İranla dinc və sülhsevər münasibətləri pozmaq da bu fitnələr arasındadır.

Sonda vurğulayırıq ki, İslam dünyasının ən mühüm düşməni olan işğalçı sionist rejimi qarşısında İranın müdrik və prinsipial siyasəti dəyişməzdir, bu rejimin İranın qonşuluğunda hüzur və nüfuzunu artırmaq üçün hər hansı şərait yaratmaq İran əleyhinə və düşmənçilik hərəkəti kimi dəyərləndirilir və ölkənin xarici siyasət sahəsindəki əsaslı qərarlarında təsir qoyacaq.

Qeyd edək ki, Ermənistanın qərbpərəst hökumətinin sionist rejimində səfirlik açmaqla bağlı qərarı Amerikanın o vaxtkı milli təhlükəsizlik məsləhətçisinin 2018-ci ilin payızında İrəvana səfər etməsi və erməniləri sionistlərlə daha çox əməkdaşlıq etməyə rəğbətləndirdikdən sonra baş tutdu və Ermənistan 2019-cu ilin sonlarında işğal edilmiş Fələstin ərazilərində səfirlik açdı.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button