ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tehran və Bakı arasında yeni razılaşma

İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi bu gün İran və Azərbaycan Respublikası rəsmilərinin birgə iclasından sonra müxbirlər qarşısında bildirib ki, İran ilə Azərbaycan Respublikası arasındakı iqtisadi imkanları artırmaq məqsədilə Astaraçay sərhəd çayı üzərində şose yolu körpüsü salınacaq.

Qərara alındı ki, İran və Azərbaycan Respublikasının sərhədçiləri iki həftə bundan sonrayadək sıfır sərhəd nöqtəsinin və sərhədlə bağlı digər zərurətlərin təyin edilməsi barədə iclas keçirsinlər.-deyə, İranın yol və şəhərsalma nazirinin müavini söyləyib.

Azərbaycan Respublikasının yol və nəqliyyat nazirinin nəqliyyat və rəqəmsal inkişaf məsələləri üzrə müavini Rəhmət Himmətov azəri rəsmilərdən iyirmi nəfərlə yanaşı, İranın Astara rayonunda İranın yol və şəhərsalma nazirliyinin qonağı olubdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button