ArxivXəbər lentiXəbərlər

Tbilisini yenidən etiraz dalğaları bürüdü – YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə paytaxtın polis patrulunun rəhbəri Temur Kupatadze bildirib.
Məlumata əsasən, saxlanılanlardan biri sərxoş vəziyyətdə olub. Həmin şəxs aksiya iştirakçılarını təhqir edib.
Saxlanılan ikinci şəxs aksiya iştirakçısıdır. Hər iki vətəndaş inzibati qayda pozuntusuna görə saxlanılıb.
19:14
Gürcüstanın paytaxtının mərkəzində etiraz aksiyaları yenidən başlayıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, etirazçılar ötən ilin dekabrında baş verən 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı “ədalətin bərpasını” istəyirlər.
Etiraz aksiyası “Öldürmə!” şüarı altında keçirilir. Mitinqdə ötən qış qətlə yetirilən Zaza Saralidzenin atası da iştirak edir.
Qeyd edilir ki, aksiyaya siyasi partiyaların nümayəndələri və onların tərəfdaşları da qoşuıublar.
Mitinqdən əvvəl Gürcüstan DİN mitinq zamanı asayişin qoruyacağına dair bəyanatla çıxış edib.
Parlament binasının yerləşdiyi Rustavelli prospektinin bir hissəsi avtomobil hərəkəti üçün bağlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button