ArxivXəbər lentiXəbərlər

Tale Bağırzadəyə məhbəsdən ad günü təbriki

İyunun 23-də Müsəlman Birliyi Hərəkatının sədri, Nardaran əməliyyatında həbs edilərək ağır işgəncələrə məruz qoyulan və 20 il müddətinə azdlıqdan məhrum edilən Tale Bağırzadənin doğum günüdür. Bu münasibətlə onu ən yaxın mübarizə dostlarından biri və onunla eyni məhkəmədə elə onun qədər – 20 il azadlıqdan məhrumetmə cəzası almış Abbas Hüseyn təbrik edib. Yaxınlarının azadliq.info-ya çatdırdığı təbrik məktubunu dərc edirik:

Tarixin qızıl səhifələrində qalacaqsız

Tarixə nəzər saldıqda görərik ki, müxtəlif zamanlarda, müxtəlif mühitlərdə dinindən, irqindən aslı olmayaraq insanlar yuxarı təbəqələrdən haqsızlıq, zülm gördükdəhərəkatlar yaradıb öz etirazlarını ifadə etməyi bacarmışlar. Son zamanlar əziz Azərbaycanımızda baş verən hadisələr də bu tip zülmə dirəniş hərəkatlarının yaranmasını labüd etmişdir. Belə bir hərəkat – Müsəlman Birliyi Hərəkatını yaratmağa müvəffəq olan şəxsiyyətlərdən biri də hər kəsin sevib tanıdığı, qısa müddəərzindəxalqının sevgisini qazanan, başçılıq etdiyi hərəkatla yuxarı təbəqənin canına vəlvələsalan Tale Bağırzadədir. Bu gün bu insanın doğum günüdür.

O artıq 7-ci doğum gününü zindanda qeyd edir. Allaha həmd olsun ki, mən də onunla eyni vaxtda zindan həyatını paylaşıram. İstər cismani azadlıqda, istərsə də zindanda olsun, o, hər zaman cəsarəti, mərdliyi və mövqeyi ilə seçilib. Milli məfkurədəazərbaycançılıq prinspini irəli sürən, bu prinsiplə Azərbaycan xalqını birliyə, vəhdətədəvət edən ideya insanıdır. Tale Bağırzadə çıxışlarında qeyd edirdi ki, növbəti dəfə həbs olunsa, vəhdətə dəvət prinspini təbliğ etdiyi üçün həbs olunacaq və vəhdət məhbusu adlanacaq. Elə də oldu. Tale Bağırzadənin bu təbliğini həzm edə bilməyənlər onu ağır maddələrlə 3-cü dəfə həbs edib işgəncələrə məruz qoyaraq, 20 il müddətinəazadlıqdan məhrum etdilər. Apardığı bu mübarək mübarizə səbəbdir ki, o son 7 ildədoğum gününü ailəsi və əzizləriylə qeyd edə bilmir. Lakin bu gün Tale Bağırzadə can verməkdə olan azadlığımızın, ədalətin yenidən dünyaya gəlib həyat tapması üçün çalışır. Bu səbəbdən hamılıqla biz də bu dirənişdə, mübarizədə onun yanında yer almalıyıq. Azərbaycan xalqı bu insanın qədrini bilməlidir. Rejimin apardığı təbliğatlar xalqımızı aldatmamalıdır. Tale Bağırzadənin apardığı mübarizənin qayəsini anlamaq üçün onun internetdə olan xütbələrinə ən azı bir dəfə qulaq asmaq kifayət edər.

Sonda isə əziz liderimi mövludu münasibətiylə təbrik edib, ona addımladığı bu çətin, lakin şərəfli yolda səbir, dözüm arzu edirəm. Sizi əəsas Allahın mübarək rəhmətinədaxil olduğunuz üçün təbrik edirəm. Əminəm ki, sizə zindanı rəva görənlər tarixin qara, siz isə qızıl səhifələrində qalacaqsız.

Tale Bağırzadə ilə qürur duyuruq. O, Azərbaycan xalqının fəxri və əzizidir!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button