Xəbərlər

Tale Bağırzadəni karserə salıblar

Azərbaycan hüquq-mühafizə sistemində sensassiya sayılacaq hadısə baş verib. “Azadlıq” qəzetinin saytının yazdığına görə, bu barədə məlumatı vicdan məhbusu Tale Bağırzadənin vəkili Cavad Cavadov ictimailəşdirib. 

Vəkilin sözlərinə görə, Tale Bağırzadə müstəntiqləri ilə ünsiyyətdə imkan olduğu qədər onları səhv yoldan çəkindirən söhbətlər edir. Bu yöndə söhbətlərdən biri də müstəntiq Vüsal Salehovla aparılıb. Tale Bağırzadə ona peyğəmbərin, imamların həyatından, İslam ehkamlarından danışıb, çoxlu hədislər söyləyib. Söhbət nəticəsiz qalmayıb. Vüsal Salehov ərizəsini yazıb, orqanlardan könüllü çıxıb. Vəkilin məlumatına görə, müstəntiq işdən çıxmaqla bəzilərinin öz yaramazlığına haqq qazandırmaq üçün istifadə etdiyi şəraitlə də (işsiz qalmaq, ailəsini dolandıra bilməmək kimi) üzləşməyib. Keçmiş müstəntiq özünə yeni iş tapıb, ailəsini halal yolla dolandırır. “Onun yerinə çox şad oldum. Allah bütün məmurlara bunu qismət eləsin. Bu sistemdə dövlət məmuru olmaq özünü həlak etmək deməkdir”, – deyə Cavadov bildirib.

Tale Bağırzadə barədə ikinci xəbər isə xoşagəlməzdir – onu növbəti dəfə karserə – təkadamlıq kameraya salıblar. Ruhanının hüquqlarını müdafə komitəsinin verdiyi məlumata görə, şənbə günü Tale Bağırzadə karserə salınıb. Bu cəzanın nəyə görə verildiyini avqustun 26-da vəkil görüşərək aydınlaşdıracaq.

AzNews.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button