ArxivNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadədən bayram təbriki

Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə məhbəsdən bayram təbriki göndərib. O, Ramazan  bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik edib.

İlahiyyatçının məktubu olduğu kimi təqdim edirik:

“Bağışlayan və Mehriban Allahın adı ilə.

Yaradılışı bütünlükdə şəfqətinə qərq edən Allahın rəhmət və bərəkət dolu Ramazan ayını arxada qoyduq. Mənəviyyat dolu bir ayda Rəhman Allaha qonaq olmaq bəndəsi üçün necə böyük şərf və lütf olması hər kəsə bəllidir. Sevindirici haldır ki, dünyada yaşanan İslam dalğası, mənəviyyat nuru ölkəmizdə də özünü təzahür etməkdədir. İnam və inanclı xalqımız milli-mənəvi dəyərlərini qorumaqla bərabər onu ali dərəcədə inkişaf etdirməsi qürurvericidir. Xüsusi olaraq Əhya gecələrində nurani ibadətlər dediyimiz gözəlliyin bariz nümunəsidir. Mənəzi köklərə əsaslanan İslam həmişə bu xalqın təməl prinsipləri olub və belə də qalacaqdır.
Artiq Ramazan ayını bitirimiş və bayram günlərini yaşamaqdayıq. Biz də öz növbəmizdə Azərbaycan xalqını, inanclı bacı qardaşlarımızı bu gözəl bayram münasibəti ilə təbrik edir, Allahdan sizlərə mənəviyyat dolu bir ömür diləyirik. Qoy gələn hər günümüz bizi Allaha yaxınlaşmaq və mənəvi təkamülümüz üçün bir fürsət, eyni halda müstəqil Azərbaycanımızın maddi mənəvi inkişafı istiqamətində bir zəmin olsun. Bir daha sizləri təbrik edirəm”

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilmiş əməliyyatla həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. T.Bağırzadə ittihamları rədd edir və cinayət işinin saxta olduğunu bildirir. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button