ArxivXəbər lentiXəbərlər

Tezliklə Məşhəd-Bakı, Bakı-Məşhəd aviareysi açılacaq

Tezliklə Məşhəd-Bakı, Bakı-Məşhəd reysi açılacaq – bu haqda İranın Azərbaycandakı səfiri deyib
Qafqaz mədəniyyət mərkəzi-ın “Səhər” telekanalına istinadən verdiyi xəbərə görə, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bazar günü Tehranda keçirilən  İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında deyib ki, tezliklə Məşhəd-Bakı, Bakı-Məşhəd reysi açılacaq: “Azərbaycan Respublikası vətəndaşları İrana səfər etməyə maraqlıdırlar və ildə bir milyon Azərbaycan vətəndaşı istirahət və turizm, müqəddəs məkanların ziyarəti və müalicə üçün İrana səfər edir.”  İranın şimal-şərqində yerləşən Məşhəddən Bakıya uçuş reysinin açılması üzrə müzakirələrin davam etdiyini bəyan edən Pakayin deyib: “Hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir və Məşhəd-Bakı uçuş reysinin açılması ilə şiələrin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahının zəvvarlarından əlavə, İran və Azərbaycan Respublikasının iş adamları da bu potensialdan istifadə edə biləcəklər.”   İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ticarət dövriyyəsinin ildə təxminən 500 milyon dollar olduğunu deyərək sözlərini belə davam edib: “Turizm və kiçik ticarətin əlavə olması ilə İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə 1 milyard dolları keçəcəkdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button