ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“The Vaşinqton Post” rəsmi Bakını kəskin tənqid edib

Avqustun 6-da Amerikanın “The Vaşinqton Post” nəşri redaksiya məqaləsində iqtisadçı Qubud İbadoğluya qarşı təqiblər görə rəsmi Bakını kəskin tənqid edib.
“İbadoğlu haqlı olaraq soruşur ki, niyə neft sərvəti çiçəklənməyə və ya demokratik ölkəyə gətirib çıxarmayıb  və prezident İlham Əliyevin dövründə korrupsiya və kleptokratiyanı səbəb kimi göstərir. İndi də cənab Əliyev cavab zərbəsi endirir”, – materialda deyilir.
Turan xəbər agentliyi bu barədə dərc etdiyi məlumatda yazır: İyulun 23-də İbadoğlu və xanımı İradə Bayramlı Bakıdan kənarda 20 nəfər mülki geyimlidən ibarət qrup tərəfindən saxlanılıb, onları döyərək polisə aparıblar. Həmin gün sonradan Bayramlı sərbəst buraxılıb, İbadoğlu isə saxta pul hazırlamaqda ittiham olunaraq 3 ay 26 gün müddətinə həbs edilib.
Sonra onu türkiyəli din xadimi Fətullah Gülənlə – Türkiyə prezidenti Ərdoğanın düşmənilə əlaqədə ittiham ediblər. Daha sonra Azərbaycan Daxili İşlər Nazirliyi bildirib ki, İbadoğlu Türkiyədən gələn məlumatlar əsasında saxlanılıb.
İttihamlar absurddur və onun saxlanmasının əsl səbəbi azərbaycanlı mütəxəssislərin hazırlanması məqsədilə Böyük Britaniyada Təhsil Fondunun yaradılması ilə bağlıdır. İbadoğlu deyib ki, fond  ianələr, eləcə də Böyük Britaniyada gizlənmiş azərbaycanlı korrupsionerlərin vəsaiti hesabına maliyyələşdiriləcək.
İbadoğlu diabet və hipertoniyadan əziyyət çəkir. Ailəsi deyir ki, dərmanları qəbul etməkdən imtina ediblər və onun səhhətinə görə narahatdırlar.
“Azərbaycanla böhranla bağlı istənilən əlaqələr İbadoğlunun dərhal azad edilməsinə çağırışı da əhatə etməlidir”, – məqalədə qeyd olunur. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button