ArxivIslamXəbər lentiXəbərlər

Hicab məsələsində Qərbin hiyləgərliyi

Siz bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Bizim qonşu ölkəmiz olan Türkiyədə hicabı qadağan etdilər və son zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Onun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna qarşı etirazını bildirmədi və bildirmir.

Özünü inkişaf etmiş bilən, insan haqları məsələsinin onlar üçün əhəmiyyət kəsb etdiyini iddia və reklam edən Avropa ölkələrində – yəni Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə get-gəl etmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı icazəli bilirlər, bunda bir eyib görmürlər. Lakin cəmiyyət arasında hicabı vacib bildiyi üçün hər yerdə İslam Respublikasına qarşı etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı vacib etməkdən daha artıqdır. Çünki bu, təhlükəsizliyə daha yaxındır. Ən azı budur ki, bunlara eyni formada yanaşmaq lazımdır. Lakin Qərb belə etmir.

Seyid Əli Hüseyni Xamenei:

Tehranın cümə namazı xütbələrindən: 1990.

Hazırladı:Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button