ArxivXəbər lentiXəbərlər

Bakıda İran mədəniyyət və incəsənət sərgisi işə başlayıb

İran İslam Respublikasının mədəniyyət və incəsənət sərgisi İranın mədəniyyət və islam irşadı naziri və Azərbaycan Respublikasının mədəniyyət nazirinin iştirakı ilə Bakıda işə başlayıb.

İranın mədəniyyət və islam irşadı naziri Abbas Salehi çərşənbə gecə Azərbaycan Respublikasında mədəniyyət günləri çərçivəsində təşkil olunan bu sərginin açılış mərasimində deyib: İki ölkə arasında mədəniyyət günləri daha çox tanışlıq məqsədilə keçirilir.

Abbas Salehi əlavə edib: İran və Azərbaycan Respublikası xalqları minillər ərzində bir-birinin sevinci və kədərinə şərik olublar. Ortaq din, məzhəb, tarix və adət-ənənəyə sahibdirlər.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev də bu tədbirdə deyib: İki ölkə rəsmiləri və xalqları arasında qardaşlıq əlaqələri vardır və bu münasibətlərin inkişaf etdirilməsində mədəniyyət münasibətləri önəmli rola malikdir.

Azərbaycan Respublikasnın mədəniyyət naziri Bakı və Gəncə şəhərlərində İran İslam Respublikasının mədəniyyət günlərinin keçirilməsi, eləcə də mədəniyyət və incəsənət sərgisinin təşkil olunmasını Azərbaycan Respublikasının mədəniyyət və incəsənət dairələrinə hədiyyə adlandırıb.

İran İslam Respublikasının mədəniyyət və incəsənət sərgisi 1 iyula qədər Azərbaycan Respublikası paytaxtı Bakıda keçiriləcək.

İran İslam Respublikasının mədəniyyət və islam irşadı naziri Abbas Salehi çərşənbə axşamı günü Bakıya səfər edib və Azərbaycan Respublikası ilə görüşərək danışıqlar aparıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button