ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Təşəkkür borcu

Lakin bu, arzulanan tam qalibiyyət deyil. Bütün sərhədləri qaldıracaq yeganə və ən sərt maneə hələ də qalır; iffət və ismət. İnsan deyilən varlığın ən böyük qoruyucu gücü olan bu özəllik hər bir zərbəni öz varlığı ilə dəf etmək gücünə malikdir.
İffət insan üzərindən çəkilmiş şəffaf bir örtük misalı, kənardan daxilə hər hansı bir pislik dayışıcısı olan virus-günahları buraxmadığı kimi, daxildən də mənəvi təkamülə səbəb olan insani hissləri bədəndən uzaqlaşmasına yol vermir. Çirkinliyə bulaşmamaq üçün, virus-günahlara yoluxmamaq üçün, rəzil duruma düşməmək üçün…
İsmət insanın üzərinə ilahi pərdə çəkərək onun dünya oyunlarına alət olacaq bu yalançı azadlıq, dəb, gözəllik, əyləncə və sair kimi sonu uçurum olan sadalanan və sadalanmayan saysız-hesabsız əməllər qarşısında möhkəm bir maneədir. O, eyni halda, insanın ailə fərdindən başlayaraq cəmiyyətin hər bir üzvü ilə arasında çəkilmiş mənəvi bir səddir. İffət isə insanı Allahdan uzaq sala biləcək kiçicik qüsurlardan belə çəkindirən həya pərdəsidir. İffət və ismətin qoruyucu gücü bəşəriyyətin mənəvi bataqlıqdan qurtuluşu yolunda ən effektiv vasitə olduğundan, dünyanın bütün pəncəsi ilə dağıtmağa çalışdığı, kişili-qadınlı, insanlığı hərraca çəkdiyi hücumları məhz onu hədəfə almışdır. Hücum edənlər öz tərəfdaş və yardımçıları ilə iffət və isməti hədəfə aldığı bir vaxtda, heç şübhəsiz ki, Allahın insana bəxş etdiyi bu əvəzsiz neməti dəyərlərindirib qoruyanları da öz hədəflərindən kənar qoymurlar.
Son əsrin hədəfində iffət və ismət olduğu kimi, bu dəyərlərin müdafiəsinin qəhrəman əsgərləri də düşmən həmləsindən kənar qalmırlar. Bugün iffət və ismət sərhədlərinin keşiyində dayanan qəhrəman fateh mübariz ruhani, hicab məhbusu Abgül Süleymanovun azadlığa çıxacağı gündür. Onun 11 illik həbsxana həyatının mübarizə səlnaməsi bir ömür iffət və ismətə bürünmüş ruhunun əməli təzahürüdür. O, cəmiyyətdə böyük güclərin hədəfə aldığı ismətin dünya cəbhəsində əzməyə, yandırmağa çalışdığı hicabın enməsinə yol veməyərək mübarizə meydanında iffəti qalib etdi. Elə bir qalibiyyət ki, bugün bu dəyərləri qürurla gəzdirən hər bir xanım-qız, onun valideyni və cəmiyyətdə iffət və ismətin hakim olmasını istəyən hər kəsin bunun üçün Hacı Abgül Süleymanova bir minnətdarlıq borcu var.
Azadlığın mübarək, İffət və İsmət müdafiəçisi!

Müsəlman Birliyi Hərəkatı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button