AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tələbələrin İslam Cəmiyyəti Azərbaycan Respublikası hökumətinə məktub ünvanlayıb

İran Tələbələrin İslam Cəmiyyəti Birliyi Azərbaycan Respublikası deputatlarından birinin fitnəkar sözlərinə reaksiya olaraq Azəbaycan hökumətinə məktub ünvanlayıb, ondan bu ölkənin bəzi deputatlarına və səlahiyyətlilərinə İran İslam Respublikasının Orta Asiya və Qafqazda təhlükəsizliyin təminindəki vacib rolunu izah etməsini, xənnasların fitnəkarlığının qarşısını almasını istəyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Tələbələrin İslam Cəmiyyəti Birliyi Azərbaycan Respublikası dövlətinə məktub ünvanlayaraq, hökumətdən bu ölkənin bəzi deputatlarına və səlahiyyətlilərinə İran İslam Respublikasının Orta Asiya və Qafqazda təhlükəsizliyin təminindəki vacib rolunu izah etməsini, xənnasların fitnəkarlığının qarşısını almasını, iki ölkə münasibətlərinin daha da inkişaf etməsinə səy göstərməsini istəyib.

Məktub Azərbaycan Respublikasının İrandakı səfirinə göndərilib.

Məktub aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Azərbaycan Respublikasının İranda səfiri cənab Əli Əlizadə

Salam əleykum

Bildiyiniz kimi İran və Azərbaycan Respublikası xalqları çoxlu mədəni, tarixi, dini ortaqlıqlara malikdir və iki ölkənin hökumətləri arasında yaxın və yaxşı münasibətlər mövcuddur. Bölgə xalqları və dövlətləri arasındakı bu yaxın münasibət Qərbi Asiyada sülh və dostluğu istəməyən düşmənləri təfriqə salmaq, ictimai rəyə və səlahiyyətli şəxslərin təfəkkür tərzinə təsir qoymaq kimi çirkin vasitələrə əl ataraq müsəlman və dost ölkələr arasında ayrılıq, hərc-mərclik yaratmağa vadar etmişdir.

Son günlərdə Azərbaycan Respublikasının bir sıra səlahiyyətliləri və Milli Məclisinin deputatları tərəfindən İran və Azərbaycanın ortaq maraqlarına zidd olan məsuliyyətsiz hərəkətlərinin şahidi olduq. Bəzi şəxslərin iki ölkə münasibətlərinin inkişafını hədəfə almış ağıldan uzaq ifadələri sionist rejimi və bölgənin bəzi kor işğalçılıq həvəsində olan ölkələrinin zəhərli fikirlərinin təsirinin birbaşa nəticəsidir.

Zat-aliləri və Azərbaycan Respublikasının digər rəsmiləri bu məsləyə vaqifsiniz ki, İran İslam Respublikası son illər boyu öz xüsusi siyasi və təhlükəsizlik dəstəkləri ilə Sizin ölkənizin güc və təhlükəsizliyinin artmasına səbəb olmuşdur. Habelə, gördüyünüz kimi bizimlə qonşu olan iki ölkə: Azərbaycan və Ermənistan arasında baş verən son döyüşlərdə İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Belə ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyev şəxsən İran rəsmilərinə bu dəstəyə görə təşəkkür etdi.

Bununla, İran Tələbələrin İslam Cəmiyyəti Birliyi bu qəbildən olan təxribat xakarterli açıqlamalara etiraz edir və Zat-alilərinin hökumətindən istəyir ki, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının bəzi deputatlarına və səlahiyyətlilərinə İran İslam Respublikasının Orta Asiya və Qafqazda təhlükəsizliyin təminindəki vacib rolunu izah etsin, xənnasların fitnəkarlığının qarşısını alsın, iki ölkə münasibətlərinin daha da inkişaf etməsi istiqamətində səy göstərsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button