AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Təbrizin imamcüməsindən Azərbaycan Respublikası hökumətinə ağır kinayə;

Sionist rejim başçısının Azərbaycan Respublikasına səfərinə işarə edən höcəttülislam vəlmüslimin Seyid Məhəmməd-Əli Ali-Haşim deyib: Bütün şərait göstərir ki. Qərb tənəzzül və məhvolma istiqamətindədir. Qərb cərəyanı və onun qanunsuz övladı olan sionist rejimlə əlaqə, uduzmuş at üzərində sərmayə yatırmaq deməkdir. Və biz bu qənaətdəyik ki, Azərbaycan Respublikasının müsəlman, dost və qardaş xalqı qəsbkar İsrail rejiminin bu hərəktinin cavabını verəcəkdir.
Höcəttülislam vəlmüslimin Seyid Məhəmməd-Əli Ali-Haşim bu gün Təbrizin ibadi-siyasi cümə namazı xütbələrində sionist rejim başçısının Azərbaycan Respublikasına səfərinə toxunub və belə söyləyib: İsrail rejimi müsəlman cəmiyyətlərində problemlər yaratmağı planlaşdırır. Əlbəttə, İranla Misir arasında əlaqələrin bərqərarı başqa bir məsələdir və bu, sionistləri çaş-baş salıbdır. Bu rejim illərdir, İranla islami ölkələr arasında ixtilaf salmağa, onları bir-birilərindən uzaqlaşdırmağa, özü ilə həmin ölkələr arasında isə inteqrasiya yaratmağa çalışır. İşğalçı rejimin bu hərəkəti Fələstin amalı və İslam Dünyasına qarşı aşkar xəyanətdir
Təbrizin cümə namazı xitabətçisi əlavə edib: Sionist rejim sərhəd daxilində çox sayda problemlə üzləşir. Belə bir şəraitdə, bütün amillər müsəlmanların xeyrinə cərəyan etməkdədir.
O, qeyd edib: Ərəb ölkələrinin sionist rejimlə saziş planı/ illər boyu sürən işğalçılıqdan sonradır. Sionistlər elə zənn edirlər ki, onların səadət yolu, işğalçılıqda deyil, müsəlman ölkələrlə inteqrasiyadadır.
Təbrizin imamcüməsi deyib: Sionist rejim sağ qalmaq üçün iki prinsipə- regional müharibə törətməyə və mahiyyət almağa ehtiyac duyur. Belə bir halda, sionist rejimə hər hansı etibarvermə, İslam Ümmətinə qarşı xəyanət deyildirmi?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button